Dünya futbolu
“Zirə”nin rəqibində ciddi itkilər
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaq “Makkabi” oyuna ciddi itkilərlə çıxacaq. Təl-Əviv təmsilçisinin iki əsas futbolçusu – yarımmüdafiəçi Nir Biton və hücumçu Eran Zahavi Bakıya gətirilməyəcək.
Bu yay heyətə cəlb edilən hər iki futbolçu zədədən sonra bərpa prosesi keçir. Zahavi toplanışın ilk günlərindən komanda ilə birgə olsa da, hazırda kollektivdən ayrı məşq edir. Ayaq biləyində zədəsi olan Biton da xüsusu tapşırıqla çalışır.
İsrailli oyunçuların Təl-Əvivdəki cavab matçına qədər hazır olacaqları bildirilib. Biton “Seltik”dən, Zahavi isə PSV-dən transfer edilib.
Qeyd edək ki, “Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də “Dalğa Arena”da olacaq. Komandalar iyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda cavab matçına çıxacaq.
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü