Dünya futbolu
Zirkzee üçün 60 milyon avro
“Bolonya”nın hücumçusu Coşua Zirkzee yayda iş yerini dəyişəcək. İtaliya klubu 22 yaşlı futbolçunu heyətində saxlaya bilmir.
Futbolinfo.az xəbər verir ki, bu mövsüm oynadığı 29 matçda 11 qol, 6 məhsuldar ötürmə ilə seçilən Zirkzee “Arsenal”, “Mançester Yunayted” və “Milan”ın hədəfindədir. “Bolonya” sözügedən klublardan birinn Coşua üçün 60 milyon avro ödəyəcəyinə əmindir.
Nigeriya əsilli niderlandlı 2022-ci iln yayında yetişdiyi “Bayern”dən 8,5 milyon avroya transfer edilmişdi. Münhenlilərin oyunçunu daha ucuz qiymətə geri qaytarmaq ixtiyarı var. Amma oyunçu 2026-cı ilin yayınadək müqavilə bağladığı “Boloniya”nı Bundesliqa klubuna dəyişmək niyyətində deyil. Onun əsas hədəfi İngiltərə Premyer Liqasına yollanmaqdır.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı