Digər idman növləri
“Zirvə Astara”dan ardıcıl üçüncü qələbəsini qazandı
Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 27-ci turunun açılış oyunu baş tutub.
Futbolinfo.az xəbər verir ki, pley-offdan kənarda qalmış “Neftçi” İK və “Zirvə Astara” komandalarının üz-üzə gəldiyi oyunun yekununda, Şəhriyar Əsgərovun rəhbərlik etdiyi Astara basketbolçuları rəqib üzərində 103:90 hesablı qələbə qazanıblar.
Ən məhsuldar basketbolçular “Neftçi”dən Zaur Quşanov (27 xal, 9 ribaund), “Zirvə”dən isə Cerret Henderson (32 xal, 8 ribaund) olublar.
Turun digər oyunları (“Sərhədçi” – “Sabah”, “Gəncə” – NTD, “Olimpik Şəki” – “AAAF Xırdalan”) 20, 22 və 23 apreldə baş tutacaq.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı