Dünya futbolu
Zlatan daha bir neçə il oynamaq istəyir
Zlatan İbrahimoviç futbolla vidalaşmağa tələsmir. 41 yaşlı isveçli daha bir neçə mövsüm oynamaq gücündə olduğunu deyir.
Futbolinfo.az xəbər verir ki, dünən zədə üzündən 9 aylıq fasilənin ardından meydanlara qayıdan hücumçu bunları deyib: “Özümü MBA-da Dokiç kimi hiss edirəm. Özümü bugünkü kimi rahat hiss etsəm, sadəcə, gələn mövsüm deyil, daha bir neçə il oynaya bilərəm”.
Xatırladaq, Zlatanın “Milan”la hazırkı müqaviləsi yayda başa çatacaq. Onun illik maaşı 1,5 milyon avrodur.