Dünya futbolu
Zlatan İbrahimoviç 500-cü qolunu vurdu
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç klub karyerasında 500-cü qoluna imza atıb.
Futbolinfo.az xəbər verir ki, isveçli futbolçu bu uğura İtaliya A Seriyasının 21-ci turu çərçivəsində “Krotone” ilə ev oyununda nail olub.
39 yaşlı forvard bu matçın 31-ci dəqiqəsində fərqlənməklə 500-cü qolunu bayram edib. 64-cü dəqiqədə isə İsveç yığmasının sabiq forvardı daha bir qol vurub və dublunu rəsmiləşdirib.
Qeyd edək ki, “Milan” bu oyunda 4:0 hesablı qələbəyə sevinib. Komandanın digər iki qolunu Ante Rebiç vurub.
Zlatan İbrahimoviç “Milan”dan başqa, ölkəsində “Malmö”, Niderlandda “Ayaks”, İtaliyada “Yuventus” və “İnter”, Fransada PSJ, İngilətərədə “Mançester Yunayted” və ABŞ-da “Los-Anceles Qalaksi” klublarının da formasını geyinib. Onun bu klublarda vurduğu qolların siyahısı belədir:
Malmö – 18
Barselona – 22
Yuventus – 26
Mançester Yunayted – 29
Ayaks – 48
LA Qalaksi – 53
İnter – 66
Milan – 83
PSJ – 156
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…