Ölkə futbolu
Əfran İsmayılov qərarını dəyişdi: “Kəpəz”də oynayacaq
Karyerasını bitirmək üçün “Səbail”dən ayrılan Əfran İsmayılov fikrini dəyişib. May ayında məşqçiliyə başlamaq həvəsi ilə futbolçu həyatına son qoyduğunu dilə gətirən 34 yaşlı yarımmüdafiəçi indi “Kəpəz”lə müqavilə bağlamaq ərəfəsindədi.
Karyerasının qürub çağını yaşayan veteranlara düşərgəsində yer verən Gəncə təmsilçisi Rauf Əliyevin ardınca Əfranla da danışıqlara başlayıb. Baş məşqçi Yaşar Vahabzadə İsmayılovun xidmətində maraqlıdı. Tərəflər artıq ilkin danışıqları yekunlaşdırıb və yaxın günlərdə rəsmi müqavilə bağlanacağı gözlənilir.
Cavid İmamverdiyev, Tural Axundov, Elvin Yunuszadə, Rauf Əliyev və Əfran İsmayılov kimi veteranlarla Premyer Liqaya qayıdan “Kəpəz”in çıxışı çox maraqlı olacaq.