Bizi izləyin

Müsahibə

“Ən vacib olan futbolu sevərək oynamaqdır” – Rahid Əmirquliyev

blank
blank

“Səbail”in yarımmüdafiəçisi Rahid Əmirquliyev klubun rəsmi saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, kapitan müqavilə müddətinin artırılması ilə bağlı fikirlərini bölüşüb:

– Klubla 1 illik yeni müqavilə imzaladın. Öncə bununla bağlı fikrilərini öyrənmək istəyirik…
– Hər zaman müsahibələrimdə də qeyd etdiyim kimi, “Səbail” mənim üçün çox doğmadır. Artıq bir neçə ildir ki, burada çıxış edirəm. Növbəti 1 ildə də bu komandanın uğurları üçün çalışmaq mənim üçün xoşdur. Komandaya fayda vermək üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Ötən mövsüm çıxışımız uğurlu alınmadı. Amma indi kapitan olaraq komandanın da adından demək istəyirəm ki, yaxşı nəticə əldə etmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Müqavilə müddətini artırdığıma görə şadam.

– Azərbaycan Premyer Liqası tarixində ən çox oyun keçirən futbolçusan. Bu rəqəm növbəti mövsümdə daha da artacaq. Azərbaycan futbolunda qazanmadığın titul yoxdur. Hazırda futbol oynamağa səni nə motivasiya edir?
– Futbolda kubok və qələbələr qazanmaq vacibdir. Ancaq bundan da vacibi futbolu sevərək oynamaqdır. Futbolu sevdiyimə görə oynayıram. Bu sevgi uşaqlığımdan bəri davam edir. Futbolsuz qalmaq mənim üçün çətindir.

– 2018/19 mövsümündə Azərbaycan Premyer Liqasının bürünc mükafatını qazandığın Emil Martinov yenidən “dənizçilər”in formasını geyinəcək. Həmin mövsüm birlikdə çıxışınız çox bəyənilirdi. Onun “Səbail”ə qayıtması ilə bağlı nə deyə bilərsən?
– Onunla 1 il birlikdə çıxış etdik və həmin mövsümün bürünc mükafatçısı olduq. Hər şeydən əvvəl Emil çox gözəl xarakterə malik insandır. Futbolçu kimi də güclü keyfiyyətlərə sahibdir. Onun qayıtması məni sevindirdi. İnanıram ki, həmin mövsüm komandamızın medal qazanmağına necə kömək olubsa, növbəti mövsümdə də bundan daha da yaxşı olacaq.

– Komanda tamamilə yenidən qurulur deyə bilərik. “Dənizçilər”in sırasına günü-gündən yeni futbolçular qoşulur. Kapitan kimi yeni oyunçulara nə məsləhət görürsən?
– Komandamıza çox futbolçu qoşulub. Bu komandamızın güclənməsi baxımından sevindirici haldır. Düzdür, hələ yeni oyunçularla söhbət etmək imkanım olmayıb. Lakin əminəm ki, onlar bura nə üçün gətirildiklərini bilirlər. Məşqlərimizdə necə peşəkarlıqla çalışdıqlarını görürəm. Buna görə də düşünürəm ki, onlara nəsə demək artıqdır.

– Kapitan olaraq “Səbail” azarkeşləri haqqında fikirlərini bilmək istərdik. Komanda üzvlərinin növbəti mövsümdə tərəfdarlardan gözləntisi nədir?
– Azarkeşlərimiz nəticədən asılı olmayaraq hər zaman bizi dəstəkləyiblər. Bunu həmişə hiss etmişik. Bu dəstəyin növbəti mövsümdə daha da artacağına inanıram. Biz də onları sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-22 11:52

MBA-da ilk oyunlar geridə qaldı

blank
Dünya futbolu2024-04-22 11:37

Xavi antirekordla tarixə düşdü

blank
Dünya futbolu2024-04-22 11:20

Mendi “Real”dan ayrıla bilər

blank
Ölkə futbolu2024-04-22 11:02

5 aylıq həsrətin sonu, daha da qızışan ikincilik mübarizəsi

blank
Ölkə futbolu2024-04-22 10:47

“Səbail”in 50-ci, “Zirə” 100-cü qələbəsi

blank
Dünya futbolu2024-04-22 10:32

“Milan” Pioliyə əvəzedici tapıb

blank
Digər idman növləri2024-04-22 10:15

Nicat Kanadada qələbə qazana bilmədi

blank
Digər idman növləri2024-04-22 10:00

Azərbaycan paraüzgüçüsü Avropa çempionu oldu

blank
Digər idman növləri2024-04-22 09:42

Azərbaycanın üç boksçusu Avropa çempionatının 1/4 finalında

blank
Dünya futbolu2024-04-22 09:25

Hüseynovlu “Arda” ÇSKA-ya da uduzdu

blank
Ölkə futbolu2024-04-22 09:09

“Yurqorden”in idman direktoru: “Qurbanlı ayrılmaq istədiyini bizə deməyib”

blank
Ölkə futbolu2024-04-22 08:51

Şeydayevdən narazılıq var: “Zərbələri bu liqada oynayan bir futbolçuya yaraşmır”

blank
Ölkə futbolu2024-04-22 08:34

Musa “Yurqorden” dəftərini bağladı?

blank
Ölkə futbolu2024-04-22 08:17

“Qarabağ”ın növbəti potensial rəqibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-22 08:00

İddialıların “autsayder ovu”

blank
Dünya futbolu2024-04-22 01:53

PSJ və “Monako”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-22 01:35

“Real”dan “Barselona” üzərində əzmkar qələbə

blank
Dünya futbolu2024-04-22 01:21

“Fiorentina” və “Atalanta” səfər qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 00:08

“Bayer” “Borussiya”ya da uduzmadı

blank
Dünya futbolu2024-04-21 23:53

“Liverpul”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-21 23:37

Finalda Mançester derbisi olacaq

blank
Dünya futbolu2024-04-21 23:24

Rahil Məmmədovun komandası “Lex”ə uduzdu

blank
Dünya futbolu2024-04-21 23:16

Renatlı “Hatayspor” uduzdu, “Qalatasaray” qalib gəldi

blank
Premyer-liqa2024-04-21 22:41

“Oyun planında komandaya etirazım yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-21 22:24

“Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-21 21:59

“Araz-Naxçıvan” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Əvəzedicilər2024-04-21 21:25

“Qarabağ-2” məğlubiyyətə üzüldü

blank
Premyer-liqa2024-04-21 20:55

“Səbail” “Araz-Naxçıvan”a qalib gəldi

blank
Premyer-liqa2024-04-21 20:21

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-21 20:00

Büdrəyən olmadı, bir oyun baş tutmadı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm