Bizi izləyin

Ölkə futbolu

Əhmədov yeni oyunçular axtarır: “Kim düşsə, onunla da oynayacağıq”

blank

Klublar yeni mövsümün hazırlığını davam etdirir. Hamının Qəbələyə yığışması bu yayın xüsusi özəlliyidi. Məlum qadağalar üzündən jurnalistlərin komandaların düşərgəsinə baş çəkməsi, toplanışları işıqlandırası mümkün deyil, amma klubların rəsmi səhifələri vasitəsilə bəzi informasiyaları ala bilirik.

“Keşlə” klublarımız arasında istirahətə çıxan ilk təmsilçimizdi. Tərlan Əhmədovun yetirmələri Şamaxıdakı ongünlük hazırlığı bitirib iyulun 24-də Bakıya döndü və bu gün toplanışın ikinci mərhələsinə start verir. Bu dəfə Qəbələyə yollanan bakılılar ardıcıl 3 sınaq matçı keçirməyi planlaşdırır.

Futbolinfo.az-ın əməkdaşı toplanışın ilk mərhələsini dəyərləndirmək, qarşıdakı planları müzakirə etmək, eyni zamanda mümkün transferlərdən xəbər tutmaq üçün Əhmədovla söhbətləşib.

– Hazırlığın birinci hissəsi planlaşdırdığımız kimi keçdi. İşimizi əsasən fiziki hazırlığın yüksəldilməsi üzərində qurmuşduq. Demək olar, istəyimizə çatdıq. Tam demək olmaz, amma böyük ölçüdə arzuladığımız nəticələri aldıq. Çəkisi qaydasında olmayanlar, eyni zamanda 4 ay futbolsuz qalan oyunçuların digər problemləri var idi. Onların həllinə çalışdıq, müəyyən nəticələr əldə etdik. Hazırlığın ikinci mərhələsində işi plana uyğun davam etdirəcəyik.

– Amma “Qarabağ”la sınaq matçı gözlənilməz oldu. Fiziki hazırlığa hesablanış məşqlərlə eyni vaxtda keçirdiyiniz yoxlama görüşünün səbəbi nə idi?

– Planda toplanışın sonunda oyun keçirmək var idi. Amma hazırlığın 5 günü geridə qalarkən belə oyun təşkil etməyi lazım bildik. Bunun da səbəbi vardı. İyulun 13-də hazırlığa başlayarkən futbolçulardan normativ-testlər götürdük, nəticələr xoşagəlməz idi. Uzun müddət meydandan kənar qaldıqları üçün bəlkə də gözlənilən hal sayılmalıdı. Həm 5 gün davam edən hazırlığın nəticəsini görmək, həm də futbolçuların topu hiss etmələri üçün bu matçı oynamağa razılıq verdik. Bu qarşılaşma bizim hazırlığın qalan hissəsini qurmaq üçün əla material verdi, Şamaxıda olduğumuz müddətdə çatışmazlıqların aradan qaldırılması üçün işlədik, bunu Qəbələdə davam etdirəcəyik.

– Amma “Qarabağ”a 1:3 hesabıyla uduzduğunuz oyunun ilk hissəsini yaxşı keçirmisiz. Yəqin sizin üçün də sürpriz oldu…

– Həmin oyunun nəticəsi mənə maraqlı deyildi. Düzdü, fasiləyədək daha keyfiyyətli futbol oynadıq. Ağır yükləmələrin fonunda belə oyun sərgilənməsi xoş oldu. Bizim əsas məqsədimiz xeyli yeni transferi ümumi ansambla uyğunlaşdırmaq idi. Əla oynadığımızı deməzdim, amma ümidverici məqamlar yetərincə idi. Xeyli çatışmazlıq da gördüm, indi məqsəd onların üzərində işləməkdi.

– 4 aylıq fasilədən sonra futbolçularda geriləmə çoxdumu?

– Həddindən artıq. Çəki artıqlığı ciddi problemdi. Yükləmələr zamanı əzələsi dözməyənlər var. Bu səbəbdən işimizi tədricən görməyə, diqqətli olmağa məcburuq. Uzun fasilədən sonra bu vəziyyət gözlənilən idi. Psxoloji hazırlığa da ciddi diqqət yetiririk.

– İyulun 27-də başlayacaq ikinci mərhələ avqustun 5-də bitəcək. Bundan sonra yeni çempionatın startına kimi 2 həftəlik müddət qalacaq. Həmin dövr üçün nə planlaşdırırsız?

– Üçüncü mərhələni Bakıda keçirəcəyik. Müəyyən proqramımız var və ona əməl etməklə çempionata hazır olacağıq.

– Şamaxının, Qəbələnin həmişə üz tutduğunuz Antalyadan ciddi fərqi var?

– Doğrusu, mənfi mənada fərq görmədim. Yalnız sınaq matçları üçün rəqib seçimində çətinlik var. Xüsusilə Qəbələdəki şərait Türkiyədən, Avstriyadan geri qalmır. Bir neçə xarici klubu hazırlıq dönəmində bu bölgəyə gətirmək olsa, lap yaxşı olar. Şamaxıda da toplanış keçmək üçün bütün şərait var, yalnız meydança baxımıdan vəziyyət ideal deyildi. Ola bilər, gələn klublar süni qazonda hazırlaşmaq istəməsin, amma Qəbələdə şikayət etmək üçün əsas yoxdu. Hava şəraiti, qidalanmaq, komandanın yerləşməsi, məşq proqramı – hər şey əladı. Toplanış dönəmində ölkəmizə sparrinq-rəqib baxımından problem olmaması üçün 2-3 komanda dəvət edə bilsək, Antalyaya getməyə ehtiyac yoxdu.

– Təyyarə biletlərinə, nəqliyyata çəkilən xərclər də cibimizə qalar…

– Tək yolpulu deyil, digər xərclər də daha sərfəlidi. Klubların büdcəsinə ciddi təsir edəcək qədər qənaət etmək mümkündü.

– Sezar Meza Kolli ilə bağlı vəziyyət nə yerdədi?

– Yaxın saatlarda bütün suallar aydınlaşacaq. Özü ilə, meneceriylə söhbət etmişik. Ailə problemləri, karantində qalmaq söhbəti, müqavilə şərtləri – çox məsələyə tezliklə aydınlıq gəlməlidi. Bu gün üçün dəqiq heç nə bilinmir. Sezarın nə vaxt gələcəyi də önəmlidi, çünki çəki artımına meylli futbolçudu, hazırlığın ilk mərhələsini buraxıb, formaya düşməsi zaman alacaq, yubanmamalıyıq. Rumıniya klubu ilə problemini tez həll etməlidi. Klubumuzun rəhbəri Zaur Axundovla bu gün (dünən – red.) Sezarın məsələsini müzakirə etmişik, tezliklə qərar verilməlidi. Problemimiz təkcə Meza Kolli deyil, bu il hələ legioner transfer etməmişik. Hücum xəttinə, müdafiəyə yeni oyunçular alına bilər. Hamısı Sezarın məsələsi dəqiqləşəndən sonra bilinəcək. Çünki büdcə də buna imkan verməlidi.

– Hazırlığın ilk mərhələsini buraxmış futbolçuların formaya düşməsini təmin etmək də asan olmayacaq.

– Hələlik axtarış mərhələsindəyik. Futbolçu alanda bu məqamlara diqqət yetirəcəyik, kimin hansı formada olmasına baxacağıq. Qısa müddətdə komandaya uyğunlaşa biləcək, daha hazırlıqlı futbolçuları seçməyə məcburuq.

– Yeni transferlərdən razısızmı?

– Yalnız Cavid İmamverdiyevdə problem var. 10 gün ərzində 5 kq çəki atdı, daha 2-3 kq-dan qurtulmalıdı. Bu səbəbdən əzələlərində də problem yaranıb, tam hazır deyil. İndi istirahətdə olsaq da, ona dayanmaq imkanı verməmişik, onlayn qaydada fərdi məşq keçirik. Daha çox məşq edir ki, qaydaya düşsün və Qəbələdə onu ideal formaya salaq. Şəhriyar Əliyev, Tural Axundov və Rəhman Hacıyevdə hər hansı problem yoxdu, qısa müddətdə ansambla uyğunlaşdılar.

– Cavid həm də sizin üçün ona görə önəmlidi ki, bu futbolçudan fərqli məqsədlər üçün istifadə etmək istəyirsiz. Bildiyimizə görə, İmamverdiyevi həm Sezarın mövqeyində, həm də hücumda oynatmağı planlaşdırırsız. Faktiki bir neçə ampluada alternativ kimi düşünülən universal futbolçunun formada olması vacibdi.

– Sanki məşqçilər korpusumuzda əyləşmisiz və bütün fikirlərimizi oxuyursuz (gülür). Bəli, bütün detalları bilirsiz. Onda hücumçu potensialı var, eyni zamanda pleymeyker kimi faydalıdı. Hücumçu ala bilməsək, ön xəttdə çıxış edə, eyni zamanda Sezarı həm əvəz edə, həm də meydanın mərkəzində onunla birlikdə oynaya bilər. Bu səbəbdən formaya tez düşməlidi. Bununla belə, daha bir hücumçuya ehtiyacımız olacaq. Həm avrokubokda, həm də çempionatda çətin oyunlarımız sıralanacaq, alternativlər, ehtiyat qüvvə mütləqdi. Sezarın məsələsi də açıq qalıb, yubanmamalıyıq.

– Sezarla bağlı məsələdə əsas problem maliyyədi?

– Bu suallara rəhbərlik cavab verə bilər. Məncə, maliyyə ilə bağlı ciddi problem olmaz. Amma o, hələ karantindədi, gəlib-gəlməyəcəyi dəqiqləşməyib. Düzü, ötən il nəticə vermiş heyətin vacib fiqurlarının qorunmasında maraqlıyam, Meza Kolli onlardan biridi.

– İndiki heyətin ötənmövsümkü heyətdən daha yaxşı olduğunu deyə bilərikmi?

– Yerli oyunçu potensialımızın yaxşılaşdığını nəzərə alsaq, belə demək olar. Ən yaxşı yerli futbolçulardan bir neçəsini dəvət etmişik. Çox ümidverici kollektivimiz var. Əsas odur, yenilərin çoxunu tanıyıram, potensiallarına bələdəm. Rəqabət güclənib – bu isə həmişə vacib faktor olub.

– Heyətin güclənməsi həm də hədəflərin böyüməsi deməkdi. Deməli, yeni çempionatda 3-cü yer minimum vəzifə olacaq.

– Heyət komplektləşməmiş nəsə demək olmur, lakin ildən-ilə nəticələri yaxşılaşdırmalıyıq. Heyət tam dəqiqləşəndən sonra hədəfləri açıqlayacağıq.

– Ötən mövsüm xüsusi dəstək verdiyiniz bəzi oyunçular komandadan getdi. Ruslan Qurbanov və Tural Bayramlının gedişinin səbəbi maliyyə idimi?

– Bilmirəm. Maliyyə məsələlərinə qarışmıram, amma mənimlə şəxsi problemləri yox idi. Davranışları ilə bağlı şikayətim olmayıb, müqavilədə razılığa gəlinməyibsə, yalnız uğur arzulaya bilərəm. İstədikləri məbləği başqa klubda verirlərsə, yolları açıq olsun, təbii prosesdi.

– “Keşlə” ötən mövsüm limit oyunçusu kimi sanki Turaldan asılı vəziyyətdə idi. Yeni çempionatda bu rolu kim oynayacaq?

– Bir neçə belə oyunçumuz var. Orxan Fərəcov, Pərviz Azadov, Xəzər Mahmudov, Turan Vəlizadə, Əkbər Vəliyev bu rolu oynaya biləcək futbolçulardı. Onları “Keşlə”yə və Azərbaycan futboluna qazandırmaq istəyirik. 3-cü qapıçımız Sahib Həsənov da adından söz etdirə biləcək istedada malikdi.

– İstənilən halda, Rəşad Əzizlinin gedişindən sonra sizə daha bir təcrübəli qapıçı lazımdı. Gənc qapıçılarınız Stanislav Namaşkoya rəqabət yaradacaq və ya onu əvəz edəcək səviyyədə deyil.

– Əkbər “Qarabağ”la sınaq matçının son 30 dəqiqəsində oynadı və ümid verdi. İnamlı çıxış etdi, Namaşkoya rəqabət yaradacaq səviyyədədi, hər hansı səbəbdən moldovalını itirsək, ona arxayın ola bilərik. Lakin ola bilsin ki, tezliklə daha bir qolkiper götürək. Hazırda belə birini tapmamışıq, hamının klubları ilə müqaviləsi var. Kimi gəldi götürməyəcəyik, amma nisbətən təcrübəli və bacarıqlı birini tapsaq, transfer edəcəyik.

– Qəbələ toplanışı üçün 3 rəqib seçmisiz. Avqustun 1, 3 və 5-də ardıcıl matçlar çətinlik yaratmayacaq?

– Ən yaxşı yükləmə oyundu. Elə futbolçular var ki, bu matçların hamısında 90 dəqiqə oynayacaq. Problem olmamalıdı, çünki qarşıda bərpa üçün vaxtımız var.

– Məşqçilər korpusunda da dəyişiklik etmisiz. Yeni köməkçiniz Kamal Quliyev futbolu yadırğamayıb?

– Belə bir veteran futbolçunun kənarda qalması pis idi. Onun üçün ürəyim ağrıyırdı, qismət oldu, yanıma gətirdim. İşinin peşəkarıdı, uzun müddət işləyib, divizionda “Neftçala”nın baş məşqçisi olub, “Neftçi”də köməkçi kimi mənimlə birgə çalışıb. Müxtəlif klublarımızda, yığmada, Ukraynada bir yerdə çıxış etmişik, xasiyyətimiz tutur, mehriban insandı. 10 gündü işə başlayıb, peşəkarlığı yüksək səviyyədədi, futbola qayıtdığı üçün həvəslidi. Onu qazanmalıyıq.

– Avrokubok üçün planlarınız necədi? Rəqib “seçmisiz”?

– Kim düşsə, onunla da oynayacağıq. Hər şey ola bilər. Əla çıxış etməyimiz də mümkündü, normal oynamağımız da. Hər şey rəqibdən, daha çox isə hazırlıqdan, komandanı komplektləşdirmədən asılı olacaq. Düz bir ay vaxtımız var. Püşk kimi bizə rəqib edəcəksə, həmin komandanı analiz edib, hazırlaşacağıq.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-27 01:14

“Real”ı Arda sevindirdi

blank
Dünya futbolu2024-04-27 01:05

“Nant” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-04-27 00:56

“Frozinone”dən darmadağın

blank
Dünya futbolu2024-04-27 00:42

“Hoffenhaym” səfərdən xalsız qayıtdı

blank
Dünya futbolu2024-04-27 00:31

Təbriz klubu İran kubokunun 1/4 finalında

blank
Digər idman növləri2024-04-26 23:30

Şahruddin Məhəmmədəliyev “Qalatasaray”la oyunda 3 qola üzüldü

blank
Digər idman növləri2024-04-26 23:12

“Neftçi” müntəzəm mövsümü qələbə ilə yekunlaşdırdı

blank
Digər idman növləri2024-04-26 22:43

Azərbaycan çempionatına yekun vuruldu

blank
Dünya futbolu2024-04-26 21:32

Azarkeşlərin addımı Tuhelin qərarını dəyişməyəcək

blank
Digər idman növləri2024-04-26 21:01

“Audi” ilk pilotunun adını elan etdi

blank
Dünya futbolu2024-04-26 20:40

İspaniya futbolunun yeni rəhbəri bəlli oldu

blank
Digər idman növləri2024-04-26 20:21

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-26 20:00

Milandan Münhenə

blank
Premyer-liqa2024-04-26 19:41

“Sabah”dan “Səbail”lə matç üçün xüsusi aksiya – VİDEO

blank
Premyer-liqa2024-04-26 19:23

“Neftçi” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb

blank
Dünya futbolu2024-04-26 19:05

Morata satıla bilər

blank
Digər idman növləri2024-04-26 18:47

Azərbaycan çempionatının bağlanış mərasimi keçirilib

blank
I Liqa2024-04-26 18:30

“Şamaxı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-04-26 18:11

Formulada xal sistemi sabit qaldı

blank
Milli komanda2024-04-26 17:54

Millimizin təlim-məşq toplanışı olacaq

blank
Müsahibə2024-04-26 17:39

Vidadi Rzayev “Araz-Naxçıvan”ın özünə gələcəyinə inanmır

blank
Digər idman növləri2024-04-26 17:22

Olimpiadanın püşkünün atılacağı gün məlum oldu

blank
Ölkə futbolu2024-04-26 17:05

Yüksək Liqada 20-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Digər2024-04-26 16:50

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat

blank
Dünya futbolu2024-04-26 16:32

“Çelsi” onları satmaq istəyir

blank
Ölkə futbolu2024-04-26 16:15

Daha 3 komandaya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-26 16:00

Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu

blank
Dünya futbolu2024-04-26 15:42

Tuhel üçün 10 min imza

blank
Ölkə futbolu2024-04-26 15:27

Millimizin üzvü Macarıstanda bürünc medal qazandı

blank
Ölkə futbolu2024-04-26 15:09

“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm