Dünya futbolu
Əsgərov qol hesabını açdı, “Dauqavpils” darmadağına sevindi
Futbol üzrə Latviya çempionatında 3-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti oyununa çıxıb.
Sözügedən kollektiv səfərdə “Tukums 2000” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 6:0.
Vüqar da bu oyunun iştirakçısı olub. Millimizin sabiq forvardı 46-cı dəqiqədə meydana buraxılıb. O, 66-cı dəqiqədə rəqib qapısına yol tapmaqla cari mövsümdə qol hesabını da açıb.
Üç turdan sonra 3 xalı olan “Dauqavpils” 10 kollektiv arasında 6-cıdı.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?