Bizi izləyin

Ölkə futbolu

Əvəzolunmaz, dahi Banışevski

blank
blank

Stadion ağzına kimi doludur. 70 min azarkeş tribunalardadır..Ən azı bir o qədər də futbol fanatı bilet əldə edə bilmədiklərinə görə pərişandır. “Marakana”da 200 min braziliyalı qarşısında qapılarına qol vuran dahi üçün bu nədir ki…

Bütün dünyadan qonaqlar axışıb Bakıya gəlib.

Uşaq, yeniyetmə, gənc, hətta cavan azərbaycanlı futbol aşiqləri gözlərinə inanmırlar. Axı 35 ildi eyni sözləri eşidirlər: “Azərbaycanda heç vaxt futbol olmayıb”.

Sağ qalan ata-babalar nəvə-nəticələrinin əllərindən tutaraq övladlarına böyük futbolun nə olduğunu anladırlar. Kövrəlirlər, gözləri də yaşarır. Keçmişə, xoşbəxt gənclik illərinə qayıdırlar…

Tribunalarda kimlər yoxdur. FİFA, UEFA, sayılıb- seçilən ölkə federasiyalarının prezidentləri, dövlət xadimləri, artıq yaşıl meydana çıxa bilməyən yaşlı futbol ulduzları… Dövlət başçısı dolu tribunalar qarşısında qonaqları, xalqımızı salamlayır, qısa, möhtəşəm açılış mərasimi olur…

Yaşıl meydanda kimlər yoxdur. Buffon, Messi, Ronaldo, Zidan, Salah, Kannavaro, Kafu, Şevçenko, Bekhem… Və budur, bütün dünyadan axışan dahilər aram yerişlə, bəziləri əli çəlikli mərkəzə dəvət edilir. Pele, Bloxin… Onlar vaxtilə futbol dahimizə qarşı çox oyunlar keçiriblər…

Yubiley matçı 100-dən artıq ölkəyə canlı yayımlanır. Əvəzolunmaz futbolçumuzun ruhu yenidən dünyanı dolaşır. Çox sevinclidir. Həmişə öz sadəliyi ilə seçilən biri kimi, “mən nə etmişəm ki”, düşünüb bir qədər utanır da…

Stadionu tanımır. Bir az narahat olur. Elə bilir qollar vurduğu, azarkeşləri ayağa qaldırdığı, özü əllərdə meydanı tərk etdiyi stadion artıq yoxdur. T.Bəhramov adına stadionun üzərində pərvazlanıb sakitləşir,:”Tədbir burada, doğma stadionda niyə keçirilmir”?

Geri dönərkən Bakını seyr edir: “İlahi, doğma şəhərim necə dəyişib, daha da gözəlləşib. Belə göydələnləri ancaq xaricdə görmüşdüm”. Stadionun üzərində “Uembli”ni, “Marakana”, “Lujniki”ni xatırlayır: “Görəsən bizim vaxt belə möhtəşəm stadionumuz olsaydı, yenə dolu olardı”?

Dərhal da füsünkar təbbəssümü ilə özü-özünə təskinlik verir: “Elə indi də mənə görə gəliblər”!

Tribunaların çılğınlığını görüb özü də sevinir.

Bakını canı qədər sevdiyi kimi, Qarabağın azad olunmasına, çiçəklənməsinə uşaq kimi sevinir…

Siqareti çox çəkərdi. 90-larda bir gün görüşəndə cibindən siqaret qutusu çıxartdı. Nəzər yetirib soruşmuşdum: “Niyə “Qarabağ” siqareti çəkirsiz”? Çox kədərli cavab vermişdi: “Dərdimizi çəkirik”. Artıq o dərd yoxdur, doğma torpaqlar da azaddır!

Yubileydən qabaq informasiya savaşı pik həddə çatmışdı. Rusiya, ermənipərəst qüvvələrin qızışmasıyla Bakıdakı oyunda dünya yığmasına rəqib kimi SSRİ formasında meydana çıxmaq təklif edilmişdi. Mixitaryanlar da nəsə donqullanmışdı…

Ruhu stadionu dolaşaraq çox sevinirdi. “Neftçi”nin ağ-qara forması çox uzaqlara aparmışdı dahimizi. İkinci hissədə bir an toparlandı. Dünya ulduzlarına qarşı milli formamızı görüb qürurlandı. Heç vaxt geyə bilmədiyi üçrəngli formamızı əynində hiss etdi.

Bir an yenidən ruhən yaşıl meydana endi: “Bizim zamanımız olsaydı, bu müqəddəs formayla dünya, Avropa finallarında oynayardıq” xəyalları ilə bir qədər futbol adına kədərləndi…

Fanatların coşqusunu, sevincini, ruhunu görüb, inamlı halda ah-nalə çəkdi: “Qayıdar, qayıtmalıdır o futbol”! Unudulmamağından çox məmnun görünürdü. Xoş, rahat ruhu ilə yenidən səmalara ucaldı. Yaşıl meydanlarda da hər zaman ucalarda idi…

Beləcə, Banişevskinin adına, səviyyəsinə, ruhuna layiq 80 illik yubley tədbirləri sona çatdı. Qısa ömürdə, cəmi 51 il yaşayaraq bu gün də zirvələrdə qalmaq, xalqın, azarkeşlərin sevgisini qazanmaq – böyük xoşbəxtlikdir!

Ruhun şad olsun, sadə, əvəzolunmaz, dahi Banışevski. 75 yaşın mübarək!

TAHİR SÜLEYMANOV

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm