Bizi izləyin

Müsahibə

Adil Əliyev: “Ehtiyatda otursam belə, başqa kluba keçməyi düşünmürəm”

“FUTPOLitika” – Azərbaycanda indiki siyasi durum, dü…

blank
“FUTPOLitika” – Azərbaycanda indiki siyasi durum, dünya futbolu və sən futbolçu olsaydın…
 
Polis, deputat, kikboks üzrə veteranlar arasında dünya çempionu, bir müddət isə “Neftçi”nin vitse-prezidenti olmuş Adil Əliyev “FUTPOLitika”nın sayəsində 15 dəqiqə futbol da oynadı. Daha dəqiq desək, biz onu sınağa çəkdik.
 
15 dəqiqə bir futbolçunun özünü nümayiş etdirmək, komandasına qələbə gətirəcək qolu vurması üçün böyük zamandır, həm də oyunun altıda biridir. Güclü, oyunu alınan futbolçu bu zamana oyunun taleyini həll edə bilər. Bəzən isə həmin güclü futbolçu sözünü oyunun sonlarına yaxın deyir.
 
Balaca, ancaq səliqəli iş otağında Adil Əliyevin oyunu alındımı? Formadadırmı? Yoxsa istefa verib futbolu tərk etməlidir? Qərarı siz verin…
 
– Komandınızın bugünkü durumu qənaətbəxşdi?
– Komandamdan çox razıyam. Hər gün yaxşılığa doğru daha da irəliləyirik.
 
– 2005-ci il seçkilərində rəqibləriniz çox güclü idi. Qələbə qazanmaq sizə çox çətin olmadı?
– Yox. Çünki elə bir heyətdə yer almışdım ki, o komandanın üzvlərinin köməkliyi ilə kollektiv oyun nümayiş etdirərək seçkidən qələbə ilə ayrıldıq.
 
– Hesab neçə oldu?
– Mən qalib oldum. Biz bir komanda ilə mübarizə aparmırdıq. Ümumilikdə bir neçə komanda vardı. Hamısını da udduq.
 
– Ancaq azarkeşlər deyir ki, siz və komandanızın qələbəsində hakimlərin müstəsna xidməti var. Onlar olmasaydı, qalib gələ bilməzdiniz?
– Qətiyyən. Hakimlərin heç bir köməyi olmayıb. 2005-ci il parlament seçkilərinə müstəqil qatılmışdım. Yeni Azərbaycan Partiyasının özünün də namizədi vardı. 3 ay apardığım təbliğat-təşviqat kampaniyası dövründə 10 kilodan çox arıqladım. Çünki gündə iki-üç görüş keçirirdim, məhəllələri piyada gəzirdim. Azərbaycanı təmsil edən idmançıların 80-90 faizi Nərimanov rayon ərazisində yaşayır. Onlarla münasibətdə olduğuma görə və bu ərazidə işlədiyim üçün üstünlük qazanmışdım. Hətta o biri namizədlərə görüş keçirməyə imkan verirdilər, ancaq mənim seçicilərlə görüşlərimə mane olurdular. Deyirdilər ki, razılaşdırmamısan. Gündə bir dənə görüş olmalıydı, mən ikisini keçirirdim. Bu da mənə edilən təkliflərə görə idi. Seçicilər onların məhəllələrinə də baş çəkməyimi istəyirdilər. Məcbur olub Nərimanov rayon İcra Hakimiyyəti ilə razılaşmadan gedirdim. Həmin ərəfədə də icra hakimiyyəti mənim görüşlərimi dağıdırdı, seçicilərlə ünsiyyət yaratmağa mane olurdu.
 
– FİFA-nın və UEFA-nın tövsiyələrini, qərarlarını komandanız necə qarşılayır?
– FİFA və UEFA-nı mən ATƏT-in Minsk qrupu kimi qəbul edirəm. Onların fəaliyyəti sıfıra bərabərdir. 20 ildir gəlib gedirlər, əllərindən boşboğazlıqdan başqa bir iş gəlmir.
 
– YAP hakimiyyəti 20 ildir iqtidardadır. İllərdir yüksək liqada olmaq hakimlərin və beynəlxalq qurumların sizə yardımçı olduğunu göstərmir?
– Burada qəribə heç nə yoxdur. Rəqabət olmayan yerdə heç bir komandanın bizimlə mübarizə apara bilməməsinin günahkarı biz deyilik. Öz işimizi, nəzərdə tutulmuş planları həyata keçirə biliriksə, azarkeşlər razıdırsa, hər hansı bir xırda çatışmazlıqları şişirtməklə ümumi işin gedişinə zərbə vurmaq hallarını nəzərə almasaq, komandamız bundan sonra da yüksək liqanın ən üst pilləsində qalacaq.
 
– Komandanızın kapitanı kimdir?
– Ölkəmizin bir Ali Baş Komandanı var. Hesab edirəm ki, Ali Baş Komandan həm də bizim kapitandır.
 
– Bəs, baş məşqçi kimdir?
– Baxır hansı sahə üzrə. Bizdə fiziki, texniki, psixoloji hazırlıqlar üzrə baş məşqçilər var. Baş məşqçilərimiz çoxdur.
 
– Texniki hazırlıq üzrə baş məşqçiniz kimdir?
– Milli Məclis fəaliyyət göstərir. Nazirlər Kabinetinin fəaliyyətini baş məşqçi kimi götürmək olar. Ümumilikdə hər bir qurumun rəhbərini baş məşqçi saymaq olar.
 
– Baş məşqçi oyunöncəsi sizə hansı tapşırıqları verir?
– Futbolun qaydalarına uyğun olaraq oynamaq, qaydaları pozmamağı tapşırır. Bu da yaxşı nəticələrin əldə olunmasına gətirib çıxarır.
 
– Azarkeşlərinizdən razısınız?
– Çox razıyam. Bizə dəstək olurlar. Onlara inanıb, onların dəstəyini görüb daha da ruhlanırıq, qələbə qazanırıq.
 
– Ancaq onlar siz meydanda olan zaman dəstəklərini ifadə etmirlər. Çünki sizin mitinqləriniz olmur. Belə olan halda sizi necə dəstəkləyirlər?
– Biz oyun göstəririk. Mitinqlər böyük bir layihəni, böyük bir işi, böyük bir çatışmazlığı həyata keçirmək üçündür. Bu həm də seçki ərəfəsində olur.
 
– Seçki ərəfəsində də YAP hakimiyyəti mitinqlərə “yox” dedi…
– YAP-da olan insanlar işgüzar, öz vəzifələrinin öhdəsindən gələ bilən, işinin başında olan insanlardır deyə mitinqlərə ehtiyac qalmır. Arxayınamsa ki, məni dəstəkləyən üzv var, onu tanıyıramsa və o “bu gün mənim işim var gələ bilməyəcəm” deyirsə və bu kimi yüz minləri nəzərə alıb mitinq keçirməyin əhəmiyyətsiz olduğunu düşündük.
 
– Oyununuz alınmayanda nə edirsiniz?
– Azərbaycan iqtidarının elə bir oyunu olmayıb ki, alınmasın. Eurovision, Dünya və Avropa çempionatları, yaxud beynəlxalq təşkilatların ölkəmizdə günü-gündən artan tədbirlərin keçirilməsi – hamısı baş tutur. Yəni, alınmayan oyun yoxdur.
 
– Rəqiblərinizin pressinqi sizi özünüzdən çıxartmır?
– Azərbaycana qarşı böyük təzyiqlər var. Rəqiblər çoxdur, güclüdür. O rəqiblərin qarşısında ağıl və səbr nümayiş etdirib qələbə qazanırıq. Kapitanımız elə gözəl addımlar atır, elə driblinqlər edir ki, rəqiblərimiz mat vəziyyətində qalır.
 
– Hakimlərlə dostluq edirsinizmi?
– Çox az. Komanda yoldaşlarımla dostluq etməyə üstünlük verirəm.
 
– Ən böyük məğlubiyyətiniz hansı komandayadır, ən yaddaqalan qələbəniz hansıdır?
– Yaddaqalan qələbələrimiz çoxdur. Seçkilərin hər biri bizim üçün yaddaqalan qələbədir. Son zamanlar belə bir məğlubiyyət yaşamamışıq. Bir dənə məğlubiyyətimiz olub, torpaqlarımızı itirmişik. Bununla da barışmırıq, çünki güclü dövlətlərə uduzmuşuq. Qarşıdakı matçlarda məğlubiyyətin əvəzini çıxacağıq.
 
– Sizi bilərəkdən uduzdursalar, yəni rəqibiniz hakimlə danışığa gedib məğlubiyyətinizə səbəbkar olsa, nə edərsiniz? Hakimi döyərsiniz?
– Bizim döymək, dava etmək meydanımız bir dənədir. O da Qarabağdı. Orada biz döyə də, öldürə də, düşünmədən şəhid də ola bilərik.
 
– Messi ilə üz-üzə gəlsəniz, ona nə deyərsiniz?
– Birinci onun dilində bilmək lazımdır. Tərcüməçi olarsa, dünyanın ən yaxşı futbolçusu kimi onunla fəxr etdiyimi, dünya futboluna böyük töhfələr verdiyini deyərdim.
 
– Milli Məclisdəkı kreslonuz rahatdır? Orada da kimsə sizə ötürmə edir?
– Rahat və narahat olması barədə düşünməmişəm. Çalışırıq ki, oturanda rahat olsun. Ötürmələr olur, baxır necə. Hər hansı tədbirə dəvət, hər hansı bir qanun layihəsinə münasibət bildirməyi nəzərə alsaq, bəli, olur.
 
– Hansı deputatla yoldaşlıq edirsiniz, sizə o birilərindən bir forma yaxın kimdir?
– Xüsusi ad hallandırmaq istəmirəm. Bütün millət vəkillərinə hörmətim var. Milli Məclisdə seçilmiş insanlar əyləşirlər. Ola bilər ki, hansısa millət vəkilinin kənarda səhv hərəkəti olsun. Ancaq ümumilikdə onların gördüyü işlər yaxşıdır. Allahın varlığına inanıb onları taleyin, qismətin, Tanrının seçdiyi insanlar kimi qiymətləndirirəm.
 
– Hansı rəqibiniz sizi qıcıqlandırır? Kiminlə meydanda görüşəndə onu zədələmək istəyirsiniz?
– Güclü rəqiblə üz-üzə gələndə sevinirəm, həvəssiz mübarizə aparmıram. Daim anlaqlı və diqqətli oluram. Birinci seçkilərdə məni rəqib saymayan insanlar yanıldılar.
 
– Meydanda 90 dəqiqə oynamaq sizə çətinlik yaratmır?
– Fiziki hazırlığım yaxşıdır, ürəyim orta hesabla 50 dəfə vurur, Napelon pulsudur. Ona görə də zaman keçdikcə mən daha da güclənirəm. 90 dəqiqədən artıq da meydanda qala bilərəm.
 
– Stadionun ot örtüyünün bərbad olması oyununuza mane olmur?
– Əhval-ruhiyyəyə təsiri var. Ancaq ümumilikdə qələbə qazanmağımıza mane olmur.
 
– YAP və AXCP – hansı “Barselona”dır, hansı “Real”?
– Mən YAP-ı həm “Barselona”, həm də “Real” hesab edirəm. AXCP bəlkə zamanında güclü bir partiya olub. Heç bir partiyanın üzvü deyiləm. Ancaq YAP-ı dəstəkləyən insan kimi deyə bilərəm ki, heç cür müqayisə oluna bilməz.
 
– Vurduğunuz qolları kimə həsr edirsiniz?
– Hansı ad altında tədbir gedirsə, qolları da həmin ada həsr edirik.
 
– Futbol həyatdır, yoxsa həyat özü bir futboldur?
– Həyat özü bir futboldur. Çünki enişli-yoxuşludur. Həyat sonu bilinməyən bir futboldur. Bilmirsən bu bir saat, bir il, yoxsa on il davam edəcək.
 
– Qarşıdakı illərdə klubunuzu dəyişmək planınız varmı? Hansı kluba transfer olmaq istəyirsiniz?
– Öz komandamda qalmağa üstünlük verirəm. Hətta ehtiyatda otursam belə, başqa bir kluba keçməyi düşünmürəm.
 
Ramin DEKO
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm