Ölkə futbolu
"Fənərbağça"da daha bir azərbaycanlı futbolçu
Üçüncü “Qəbələ Kuboku”nda iştira…
Üçüncü “Qəbələ Kuboku”nda iştirak edən Türkiyənin “Fənərbağça” klubunun 15 yaşadək futboçulardan ibarət komandasının heyətində bir azərbaycanlı futbolçu da var. Futbolinfo.az xəbər verir ki, bu, Amin Seyidovdu.
1999-cu il təvəllüdlü həmyerlimiz Bakıda anadan olub. O, “Fənərbağça”ya ötən il keçib. Məşqlərdə özünü göstərən Aminlə 3 illik müqavilə imzalanıb. Seyidovun ailəsi Bakıda olduğu üçün, özü qardaş ölkədə tək yaşayır. Amma ailəsi mütəmadi olaraq ona baş çəkir. Aminin sözlərinə görə, "Fənərbağça"dakı digər həmyerlimiz Mirkamil Həşimli ilə münasibətləri yaxşıdı və ona dəstək olur.
Maraq üçün bildirək ki, Seyidov futbolun sirlərini “Neftçi”də öyrənməyə başlayıb. Sonra “Atəşgah”a keçən Amin "Bakı"da da çıxış edib. Amma buradakı uşaq futbolunun vəziyyəti onun ürəyincə olmadığı üçün "Fənərbağça"ya yollanıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?