Ölkə futbolu
"Udineze"nin məşqçisi: "Favorit "Fənərbağça"dı"
Qəbələdə təşkil olunan 3-cü "Qəbələ Kuboku"nda…
Qəbələdə təşkil olunan 3-cü "Qəbələ Kuboku"nda iştirak edən İtaliyanın "Udineze" klubunun 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Boşko Boşkoviç Türkiyənin "Fənərbağça" klubu ilə oyundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırdı. Futbolinfo.az sizi həmin açıqlamalarla tanış edir.
– Öncə turnirlə bağlı fikirlərinizi açıqlayardız…
– Turnir çox gözəl təşkil olunub. Hər şey yüksək səviyyədədi. İştirakçı komandalar da kifayət qədər güclüdülər.
– Hansı komandanın oyununu daha çox bəyənirsiz?
– Son oyunumuzu "Fənərbağça"ya qarşı keçirdik. Qrupdakı ən güclü rəqibimiz də məhz Türkiyə klubu idi. Onların texniki cəhətdən üstün olmaları sözünü deyir. Fiziki cəhətdən də yaxşı hazırlaşıblar. Həm qrupun, həm də turnirin ən güclü komandası kimi məhz "Fənərbağça"nın adını çəkərdim.
– İlk oyunda "Qəbələ"yə məğlub olmağınızı nə ilə izah edərdiniz?
– "Qəbələ"ylə oyundan öncəki gün demək olar ki, yatmamışdıq. Çünki bütün günümüzü səfərə həsr etdik, yol yorğunluğu var idi. Ancaq "Qəbələ"nin də güclü komandaya malik olduğunu demək lazımdı. Onlara da növbəti oyunlarında uğurlar arzulayıram.
PƏRVİZ ELTÜRK, Qəbələ
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?