Dünya futbolu
“Atletiko” İngiltərədəki ispana göz dikdi
İspaniya çempionu “Atletiko" mövsümü…
İspaniya çempionu “Atletiko" mövsümün bitməsinin ardından transfer işlərini sürətləndirib. Futbolinfo.az xəbər verir ki, komandanın əsas qolçuları David Vilya və Dieqo Kosta bir çox klubun transfer siyahısında olduğundan Madrid klubu heyətinə daxil edəcəyi futbolçularla danışıqları sürətləndirib.
Baş məşqçi Dieqo Simeonenin istədiyi futbolçulardan biri də “Tottenhem”ın qolçusu Roberto Soldadodu. Çalışdırıcı onun La Liqadakı böyük təcrübəsini nəzərə alaraq, heyətə qatmaq arzusundadı. Lakin London klubu İngiltərədən ayrılmağı düşünən futbolçunu yüksək məbləğ qarşılığında satmağa razılıq verib. Çünki ingilislər Soldadonu ötən il “Valensiya”dan 20 milyon avroya transfer etmişdi. Danışıqların necə nəticələnəcəyi maraqla gözlənilir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?