Dünya futbolu
Türkiyə də ABŞ-la bacarmadı
Mayın 27-də Azərbaycan millisini 2:0 hesabı ilə məğlub edən AB…
Mayın 27-də Azərbaycan millisini 2:0 hesabı ilə məğlub edən ABŞ yığması bu dəfə Türkiyə ilə yoldaşlıq görüşündə üz-üzə gəlib. Futbolinfo.az xəbər verir ki, qonşu ölkə təmsilçisi də “yankilər”lə bacarmayıb. Yeni qitə təmsilçiləri “ay-ulduzlular”ı 2:1 hesabı ilə məğlub edib.
Digər bir görüşdə isə Belçika İsveçlə yoldaşlıq matçında qüvvəsini sınayıb. Belçikalılar DÇ-2014-də yer almayacaq İsveçi 2 cavabsız qolla mğlub edib.
Almaniya millisi isə Kamerunla üz-üzə gəlib. 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib: 2:2.