Digər idman növləri
“Fənərbağça”dan mühüm qələbə, “Real” vəsiqəni təmin etdi
Basketbol üzrə Avroliqada ¼ finalın növbəti iki oyunu baş tutub.
İstanbulda keçirilən “Fənərbağça” – “Monako” oyunu yenə də gərginliyi ilə yadda qalıb. Qalib komanda yalnız 4-cü periodun sonlarında üstünlüyünü sübut edə bilib. Başabaş mübarizə gedən qarşılaşmanı meydan sahibləri 89:78 hesablı qələbəylə tamamlayıblar.
Maraqlıdır ki, əsas heyətin oyunçuları ilə müqayisədə ehtiyatdakılar daha məhsuldar olublar. Xüsusilə də Tarik Biberoviçin həlledici anlarda dəqiqliyi “Fənərbağça”ya yardım edib. Monako komandasının lideri Mark Ceyms bu dəfə elə də məhsuldar olmayıb. Onun aktivində cəmi 11 xal var. Komanda yoldaşı Diallo isə 25 xalla görüşün ən məhsuldar oyunçusu olub. Bu qələbədən sonra “Fənərbağça” seriyada 2:1 öndədir.
“Dördlər finalı”nın ilk iştirakçısı isə məlumdur. Madrid “Real”ı 3-cü dəfə “Baskoniya”ya qalib gəlməklə vəsiqəni təmin edib – 98:102. İlk iki oyunla müqayisədə basklar bu dəfə daha ciddi müqavimət göstəriblər. Lakin bu da son çempionun qarşısını almağa yetərli olmayıb. Madridlilərin heyətində ən çox xalı Yabusele toplayıb. Onun aktivində 23 xal və 7 ribaund var.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi