Dünya futbolu
“Yuventus” Moratadan əl çəkmir
İtaliyanın "Yuventus" klubu Alvaro Moratanın transferiyl?…
İtaliyanın "Yuventus" klubu Alvaro Moratanın transferiylə bağlı "Real"la (Madrid) danışıqları davam etdirir. Futbolinfo.az xəbər verir ki, Madrid klubu Moratanı 20 milyon avro müqabilində "Qoca Sinyora"ya satmağa razıdı.
Əldə ediləcək məbləğin isə Luis Suaresin transfer edilməsində istifadə olunması gözlənilir. Tərəflər arasında daha əvvəl razılığın əldə olunmasına baxmayaraq, transferin gecikməsinə əsas səbəb "kral klubu"nun Moratanı satın alma maddəsi olmadan göndərmək istəməməsiylə bağlıdı.
İyunun 2-də "Unesco Cup" turniri çərçivəsində "Real" və "Yuventus" klublarının veteran futbolçuları arasında oynanılacaq görüş səbəbiylə madridli idarəçilər Turinə gedəcək. Səfər zamanı Morata transferinin detallarının danışılacağı və aradakı narazılığın ortadan qaldıralacağı gözlənilir.