Dünya futbolu
Keyta əsas komandadan uzaqlaşdırıldı
“Verder” futbolçusu Nabi Keytanı cəzalandırıb.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna qvineyalı yarımmüdafiəçinin Bundesliqanın 29-cu turunda “Bayer”lə oyuna çıxmaqdan imtina etməsi səbəb olub.
29 yaşlı futbolçu “Bayer”lə oyunun start heyətində yer almayacağını biləndən sonra meydana çıxmaq istəmədiyini bildirib və komandanı tərk edərək evə yollanıb.
Klub Keytanın mövsümün sonuna kimi əsas komandadan uzaqlaşdırıldığını açıqlayıb. Həmçinin, onun böyük məbləğdə cərimələndiyi bildirilib.
Ptən ilin yayında “Liverpul”dan “Verder”ə keçən Keyta bu mövsüm 5 oyunda meydana çıxıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-15 11:29
“Qarabağ”ın seriyası qırıldı, avrokubok mübarizəsi qızışdı
- Müsahibə2024-04-15 16:20
“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”