Premyer-liqa
Ramil Əliyev: "Hədəfimiz çempionluqdu"
Topaz Premyer Liqasının 2013/14 mövsümünü sonunc…
Topaz Premyer Liqasının 2013/14 mövsümünü sonuncu pillədə başa vuran "Rəvan" I Divizionda mübarizə aparacaq. Mövsüm bitdikdən sonra Güvənç Kurtarla yolları ayıran Bayıl klubu yeni baş məşqçisinə qovuşub. Belə ki, bundan sonra "aslanlar" komandaya tanış olan Ramil Əliyevin başçılığı ilə meydana çıxacaq.
Futbolinfo.az saytına açıqlama verən Əliyev, təyinatı haqda bunları bildirib: "Mənə etimad göstərdiyinə görə rəhbərliyə təşəkkür edirəm. Mən "Rəvan" üçün yad biri deyiləm. Təyinat hardasa gözlənilən idi. Ancaq əvvəlcə bu barədə heç bir söhbət olmayıb. İşin asanı, çətini yoxdu. Hansı liqad olmağından asılı olmayaraq baş məşqçi öz işini görür. Sadəcə hədəflər fərqlidi. Bundan əvvəl baş məşqçi olanda hədəf Premyer Liqada qalmaq idisə, indi yalnız diviziondan elitaya vəsiqə qazanmaqdı.
Bundan başqa gənc mütəxəssis komandanın transfer siyasətinə də aydınlıq gətirib: "Hələ ki, komandada kimlərin qalacağını müyyənləşdirməmişəm. Lakin bu işlə məşğul oluruq. Yaxın gələcəkdə bu məsələyə aydınlıq gələcək. Legioner olmayacaq, komanda yalnız yerli futbolçulardan ibarət olacaq. Bizim başlıca hədəfimiz minimum Premyer Liqaya yenidən vəsiqə qazanmaqdı".
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub