Dünya futbolu
Fransada mundial öncəsi Riberi şoku
Fransa millisi və “Bavariya”nın ulduz yarımmüdafi?…
Fransa millisi və “Bavariya”nın ulduz yarımmüdafiəçisi Frank Riberi belindəki zədə səbəbi ilə dünya çempionatını buraxa bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə “France Télévisions” məlumat yayıb.
Bir neçə həftədi ki, 31 yaşlı futbolçu bel ağrılarından əziyyət çəkir. Didye Deşam bu gecəyə qədər FİFA-ya 23 nəfərlik heyəti göndərməlidi. Fransa mətbuatı Riberi mundiala aparılmayacağı təqdirdə onu “Monpelye”dən Remi Kabellanın əvəzləyəcəyini yazıb.