Milli komanda
Azərbaycan İrana məğlub oldu, Türkiyə finalda
Bakıda 17 yaşadək futbolçulardan ibarət yığmalar arasınd…
Bakıda 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunmuş "Caspian Cup" beynəlxalq turnir davam edir. Futbolinfo.az xəbər verir ki, bu gün pley-off mərhələsi çərçivəsində daha iki oyun keçirilib.
Azərbaycanın U-17 yığması İranla münasibətlərinə aydınlıq gətirib. Mirbağır İsayevin yetirmələri bu görüşdə minimal hesablı məğlubiyyətlə üzləşiblər. Günün digər oyununda isə Tacikistan və Türkiyə yığmaları qarşılaşıb. Qələbə qazanan Türkiyə finalda İranla qarşılaşmaq hüququ qazanıb. Azərbaycan yığması isə üçüncü yer uğrunda Tacikistanla qarşılaşacaq.
Xəzər Kuboku
3 iyun
Azərbaycan U-17 – İran – 0:1
Bakı. Bayıl stadionu.
Tacikistan – Türkiyə – 0:1
Bakı. Bayıl stadionu.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”