Ölkə futbolu
Xəbərimiz təsdiqləndi: "Qəbələ" Petevlə 2 illik anlaşdı
"Qəbələ"nin yeni baş məşqçisinin kimliyi dəqiq…
"Qəbələ"nin yeni baş məşqçisinin kimliyi dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, bu, Kiprin AEL klubunun çalışdırıcısı İvaylo Petevdi.
"Qəbələ" rəhbərliyi 38 yaşlı çalışdırıcı ilə ötən həftə müqavilə imzalamalıydı. Lakin Petevin komandasının Kipr çempionatında bir oyunu qaldığından anlaşmanın rəsmiləşməsi yubandı. Belə ki, APOEL və AEL komandaları arasındakı çempionluq görüşü mayın 17-də baş tutmalı idi. Oyun zamanı aranın qarışması matçın təxirə düşməsinə səbəb olub və görüş mayın 31-də keçirilib. AEL son oyunda rəqibinə minimal hesabla məğlub olaraq, çempionluğu əldən verib.
Kipr komandası ilə yollarını ayıran Petevlə bütün məsələlərdə razılığa gəlinib. Onunla yaxın günlərdə iki illik müqavilə imzalanacaq.
Bolqar mütəxəssis gənc olmasına baxmayaraq, çalışdığı klublarda uğur qazanmağı bacarıb. O, başçılıq etdiyi "Ludoqorets"i 2010/11 mövsümündə aşağı dəstədə çempion etməklə əsas liqaya yüksəldib. Daha sonra 2 dəfə Bolqarıstan çempionu olub (2011/12; 2012/13), 2012-ci ildə çempion olduğu "Ludoqorets"lə ölkə kubokunu başı üzərinə qaldırıb. Həmin ildə Petevin komandası Superkubokun finalında Plovdiv "Lokomotiv"ini məğlub edərək (3:1) daha bir qəniməti klub muzeyinə aparıb. 2013-cü ildə isə "Ludoqorets" Superkubokun finalında "Beroe"yə penalti seriyasında məğlub olub.
Mütəxəssisin son klubu Kipr AEL-i olub. Bir mövsüm çalışdığı Limassol təmsilçisinə isə gənc çalışdırıcı gümüş medal qazandırıb.
Qeyd edək ki, "Qəbələ"nin yeni baş məşqçisinin Petev olacağını ötən gün ilk dəfə futbolinfo.az saytı yazmışdı.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”