Dünya futbolu
Van Qal “Tottenhem”in qapısından qayıdıb
Yeni mövsümdən "Mançester Yunayted"i &cced…
Yeni mövsümdən "Mançester Yunayted"i çalışdıracaq Hollandiya millisinin baş məşqçisi Lui van Qal keçidi ilə bağlı maraqlı bir məqama aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, o, daha bir İngiltərə klubunun onu transfer etmək istədiyini deyib.
Təcrübəli mütəxəssis Andre Villaş-Boaşın istefaya göndərilməsindən sonra "Tottenhem"in ona təklif göndərdiyini açıqlayıb. Uşaq vaxtlarında bu kluba azarkeşlik etdiyini söyləyən van Qal bildirib ki, "Tottenhem"lə razılığa gəlməyə çox yaxın olsa da, son anda bu baş tutmayıb".
Van Qal MY ilə üç illik müqavilə imzalayıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Dünya futbolu2024-04-29 18:32
Palladino iddialı komandadan dəvət gözləyir