Digər idman növləri
Seriyalarda vəziyyət gərginləşdi
MBA-da bu gecə 3 oyun baş tutub. Seriyada geridə olan komandalar qalib gəlməklə intriqanı bərpa ediblər.
“Filadelfiya Siksers” Nyu-Yorkda qələbə qazanıb. Oyunun taleyi overtaymda həll edilib – 112:106. Qonaq komandanın qələbəsində Maksinin 46 xalı önəmli olub. Meydan sahiblərindən Branson 40 xal yığıb. Bu oyundan sonra seriyada hesab 3:2 “Nyu-York Niks”in xeyrinədir.
Yannis Antetokumbo və Demian Lillardın zədəsinə baxmayaraq, “Miluoki Baks” təslim olmaq fikrində deyil. Bu dəfə evdə “İndiana Peysers”i məğlub etmək mümkün olub – 115:92. Bu qələbə sayəsində ümumi hesab 3:2 olub. Öndə olan İndiana komandası növbəti oyunu evdə keçirəcək.
“Klivlend Kavalers” – “Orlando Mecik” qarşılaşması da gərgin alınıb. Meydan sahibləri 104:103 qalib gəlməklə seriyada yenidən önə keçiblər – 3:2. Florida komandasında paolo Bankero 39 xal toplayıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Ölkə futbolu2024-04-29 14:17
II Liqada 23-cü turun təyinatları müəyyənləşdi