Dünya futbolu
Bekhem futbola qayıdır?
İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhem yenidən yaşı…
İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhem yenidən yaşıl meydanlara dönə biləcəyi ilə bağlı maraqlı fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçu BBC-nin onunla bağlı çəkdiyi verilişdə futbolçu karyerasını başa vurmasından sonra çətin dövr yaşadığını etiraf edib:
"İlk dövrlər dincəlmək fürsəti tapdığı üçün özünü xoşbəxt sayırdım. Amma vaxt keçdikcə, bu vəziyyətdən sıxılmağa başladım. Artıq basketbol oyunlarını izləyirəm. Oyunçular gözəl oyun göstərəndə, içimdə təəssüf yaranır. Yenidən köhnə günlərə qayıtmaq istəyirəm. Özümə “Futbola dönə bilərəmmi? Təqaüdçülükdən qurtularaq yenidən oynaya bilərəmmi?” suallarını verirəm”.
Mayamidə futbol klubu almaq üçün çalışdığını bildirən ulduz futbolçu öz klubunda oynaya biləcəyini etiraf edib: “Bundan əvvəl həm klub sahibi, həm də futbolçu olan şəxsi tanımıram. Amma niyə də birinci olmayım?”.
Qeyd edək ki, braziliyalı Rivaldo artıq belə bir layihə ilə yadda qalıb. O, ötən mövsüm ölkəsində “Mogi Mirim” klubunun həm sahibi, həm də futbolçusu olub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”