Dünya futbolu
Penev Petevin yerinə təyin olundu
Millimizin növbəti Avropa çempionatının seçmə m…
Millimizin növbəti Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Bolqarıstan millisinin baş məşqçisi Lyuboslav Penev eyni zamanda klubda da çalışacaq. Futbolinfo.az Bolqarıstan Futbol İttifaqının saytına istinadən xəbər verir ki, 47 yaşlı çalışdırıcı “Botev”ə baş məşqçi təyin olunub.
O, bu qərarı üçün yerli assosiasiyanın prezidenti Borislav Mixaylovla telefon əlaqəsi yaradıb və ona klubdakı işinin yığmaya heç bir maneə yaratmayacağını bildirib. Mixaylov isə öz növbəsində İcraiyyə Komitəsinin üzvləri arasındakı müzakirədən sonra Penevə yeni işində uğurlar arzulayıb.
Lyuboslav Penevlə “Botev” arasında rəsmi anlaşma yaxın günlərdə bağlanacaq. Xatırladaq ki, Bolqarıstan mətbuatı “Qəbələ”yə yeni baş məşqçi təyin olunacaq İvaylo Petevin Plovdiv təmsilçisi ilə anlaşdığını iddia edirdi.
Qeyd edək ki, millimiz tsikldə ilk görüşünü sentyabrda məhz Bolqarıstan yığmasına qarşı keçirəcək. (apasport.az)