Ölkə futbolu
"İnter"dən afrikalılara altı cavabsız qol (FOTOREPORTAJ)
Məlum olduğu kimi, "İnter" hazırda Türkiyənin İzm…
Məlum olduğu kimi, "İnter" hazırda Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışındadı. Futbolinfo.az xəbər verir ki, ötən gün “bankirlər” qardaş ölkədə nəzərdə tutduğu yeganə yoxlama görüşünü keçirib.
Bu oyunda komandamızın rəqibi afrikalılardan ibarət “Afrikan Çellenc” U-21 komandası olub. Matç Azərbaycan təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. "İnter"in heyətində İlkin Sadiqov, Mirzağa Hüseynpur, Yoan Bokonyano, Dieqo Madriqal və Mikel Alvaro (2) fərqləniblər.
Qeyd edək ki, bu gün "İnter"in Türkiyədəki toplanışı başa çatacaq və komanda Azərbaycana qayıdacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…