Ölkə futbolu
"Qəbələ" üçün şok: Petev AEL ilə müqavilə yenilədi
"Qəbələ" ilə bu gün müqavilə imzalaması g&ou…
"Qəbələ" ilə bu gün müqavilə imzalaması gözlənilən bolqarıstanlı mütəxəssis İvaylo Petev gözlənilməz addım atıb. Futbolinfo.az xəbər verir ki, o, Kiprin AEL klubu ilə müqavilə yeniləyib.
Bolqarıstanlı məşqçi hazırkı klubunun prezidenti Andreas Sofokl ilə danışıqlar masası arxasına əyləşərək 2016-cı ilədək AEL-də qalmağa razılaşıb. Qeyd edək ki, bu barədə Kipr təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bu məlumatdan sonra artıq Petevin "Qəbələ"yə gəlməyəcəyi dəqiqləşib. Halbuki, "Qəbələ" rəhbərliyi bu gün onun Azərbaycana gələcəyini və iki illik müqavilə imzalayacaqlarını bəyan etmişdi.