Dünya futbolu
Valdes klubsuz qalıb
"Barselona" rəhbərliyi komanda ilə yollarını ayıran qa…
"Barselona" rəhbərliyi komanda ilə yollarını ayıran qapıçı Viktor Valdesə yenidən qapılarını açmaq fikrində deyil. Futbolinfo.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı yazıb. ispan qolkiper klubunu dəyişmək üçün daha əvvəl katalonların yeni sözləşmə təklifini rədd etmişdi.
Onun “Monako”ya keçəcəyi gözlənilirdi. Lakin futbolçunun mövsümün son həftələrində ağır zədə alaraq 6 aylıq sıradan çıxması planları alt-üst etdi. İndi knyazlıq təmsilçisi Valdesdən imtina edir. Eləcə də “Barsa” qolkiperi yenidən heyətə qaytarmaq istəmir.
Viktorun taleyinə DÇ-2014-dən sonra aydınlıq gələcəyi bildirilir.