Dünya futbolu
Maradona Peleyə “ilişdi”
Argentinalı futbol əfsanəsi Dieqo Maradona DÇ-2014-lə bağl…
Argentinalı futbol əfsanəsi Dieqo Maradona DÇ-2014-lə bağlı maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, o, ölkəsinin milli komandasının bu gün Braziliyada start götürəcək 2014-cü il dünya çempionatındakı çıxışı haqqında danışıb.
Maradona Argentina millisinə inandığını bildirib: “Ümid edirəm ki, milli komandamız finala çıxacaq. Onsuz da əsas hədəf budu. Finalda Braziliyaya qalib gəlmək əla olar. Pelenin artıq muzeyə qoyulmasının lazım olduğunu düşünürəm. İndi Messi Neymardan necə güclüdürsə, mən də Peledən güclüyəm. Bunu braziliyalılar da bilir. Fərdi ustalıq keyfiyyətlərinin milli komandalara çox kömək etdiyini düşünürəm. Messi Argentinaya, Ronaldo da Portuqaliyaya çox kömək edəcək. Bu iki futbolçu hazırda dünyanın ən güclüləridi. Amma DÇ-də uğurları yoxdur. Bunu bacarmalıdırlar”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”