Ölkə futbolu
"Sumqayıt" "Rəvan"ın iki futbolçusuna elçi düşdü (ÖZƏL)
Son mövsümdə Premyer Liqada qalmaq uğurunda mübarizə…
Son mövsümdə Premyer Liqada qalmaq uğurunda mübarizədə "Rəvan"a "qalib gələn" "Sumqayıt" indi də Bayıl təmsilçisinin futbolçularını "oğurlamağa" başlayıb. Futbolinfo.az xəbər verir ki, "kimyaçılar" "aslanlar"ın iki futbolçusuna rəsmi təklif göndərib.
Bunu saytımıza açıqlamasında "Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyev bildirib. Onun sözlərinə görə "Sumqayıt" Elvin Həsənəliyevlə Ceyhun Cavadovun xidmətində maraqlıdı. Bu iki futbolçu üçün rəsmi təklif də göndərilib. Çox güman ki, hər iki futbolçu ilə bağlı yaxın günlərdə qərar veriləcək.
Qeyd edək ki, "Sumqayıt" yay fasiləsində Ramazan Abbasov, Aqil Nəbiyev, Tagim Novruzov, Tərzin Cahangirov, Ruslan Poladovu transfer edib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-15 16:20
“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”
- Müsahibə2024-04-15 22:35
Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”