Ölkə futbolu
"İnter"də özbaşınalıq: İdman direktorunun səbəbsiz islahatları
Topaz Premyer Liqasının son mövsümünü 2-ci pill?…
Topaz Premyer Liqasının son mövsümünü 2-ci pillədə tamamlayan "İnter"də səbəbsiz islahatlar aparılır. Futbolinfo.az saytına verilən məlumatda bildirilir ki, heç bir səbəb olmadan klubun əməkdaşları işdən kənarlaşdırılır.
Hadisələr isə klubun idman direktoru Natiq Məmmədovun ətrafında cərəyan edir. Mənbənin bildirdiyinə görə Məmmədov əvvəlcə bir neçə nəfəri istirahət adı ilə klubdan göndərib. Həmin şəxslər onlara verilən istirahət müddətini başa vurub, kluba qayıtdığı zaman tam fərqli bir mənzərə ilə rastlaşıblar.
İdman direktoru istirahətdən qayıdan şəxslərdən ərizələrini yazmalarını istəyib və işdən kənarlaşdırıb. Artıq mövsüm başa çatandan bu yana klub daxilində bir neçə dəfə belə hal baş verib. İşdən kənarlaşdırılan texniki heyət isə hansı səbəbdən ərizə yazdıqlarını anlamadıqlarını bildirir.
Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”