Premyer-liqa
Natiq Məmmədov: "Heç kim mənə qarşı hörmətsizlik edə bilməz"
Bu gün səhər "İnter"in idman direktoru Natiq Məmmə…
Bu gün səhər "İnter"in idman direktoru Natiq Məmmədovun bir neçə texniki işçini klubdan kənarlaşdırdığı barədə məlumat vermişdik. Artıq məsələ ilə bağlı qarşı tərəf də fikirlərini bildirib. Futbolinfo.az saytına açıqlama verən Məmmədov bir neçə əməkdaşı işdən kənarlaşdırdığını bildirdi. Ancaq bunun kökündə həmin şəxslərin intizamsızlığı və klub daxilindəki şəxslərə qarşı hörmətsizliyin dayandığını söylədi:
"Bunların hamısı intizamsızlıqla bağlıdı. Mən nə vaxt adi bir futbolçuya qarşı hörmətsizlik etsəm, mənə xadiməsinə kimi hər kəs hörmətsizlik etsin. Ancaq kimliyindən asılı olmayaraq, heç kim mənə qarşı hörmətsizlik edə bilməz. Mənə qarşı, ya komandaya qarşı olunan hörmətsizliyin fərqi yoxdu. Mən onların nə etdiyini burada sadalaya bilmərəm. Məndə xırdaçılıq yoxdu. Əgər desəm, mən də onların tayı olaram. Komandaya, iş yoldaşlarına, direktora hörmətsizlik edən adam bizim klubda olmamalıdı".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”