Ölkə futbolu
"İnter" altıncı oldu, "Rubin"lə "Karpatı" qarşılaşmadan imtina etdi
"İnter" və AFFA-nın təşkilatçılığı ilə Bak?…
"İnter" və AFFA-nın təşkilatçılığı ilə Bakıda təşkil olunan İBA Cup (U-14) beynəlxalq futbol turniri davam edir. Futbolinfo.az xəbər verir ki, bu gün turnirdə final mərhələsinin iki oyunu keçirilib.
Turnirə ev sahibliyi edən "İnter" beşinci yer uğrunda mübarizə aparıb. Qrupunda üçüncü olmuş "bankirlər" həlledici oyununda "Dinamo" ilə qarşılaşıb. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən penaltilərə ehtiyac duyulub. Daha dəqiq oynayan qonşu ölkə təmsilçisi beşinci yeri tutub.
Günün digər oyununda isə 7-ci yer uğrunda oyunda "Rubin" və "Karpatı" klubları üz-üzə gəlməliydi. Amma sözügedən klubların nümayəndələri təşkilatçılardan bu oyunun keçirilməməsini xahiş ediblər. Nəticədə, bu qarşılaşma baş tutmayıb.
Qeyd edək ki, final mərhələsinin digər oyunları sabah keçiriləcək. 3-cü yer uğrunda oyunda İspaniyanın "Vilyarreal" və Serbiyanın "Partizan" klubları qarşılaşacaq. Final oyununda isə Türkiyənin "Beşiktaş" komandası Almaniya "Ayntraxt"ı ilə münasibətlərinə aydınlıq gətirəcək.
İBA Cup
Final mərhələsi
19 iyun
7-ci yer uğrunda oyun
Rubin (Rusiya) – Karpatı (Ukrayna) – baş tutmayıb
5-ci yer uğrunda oyun
İnter (Azərbaycan) – Dinamo (Gürcüstan) – 1:1 (penaltilər – 4:5)