Digər idman növləri
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı
Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) müntəzəm mövsümünün son oyunu baş tutub.
Futbolinfo.az xəbər verir ki, çempionatın favoritlərindən sayılan “NTD-İndiqo” autsayder “Şəki” ilə qarşılaşıb və rəqibi üzərində 85:70 hesablı qələbəyə sevinib.
Bu qələbə ilə müntəzəm çempionatı ikinci sırada tamamlayan Xaçmaz təmsilçisi pley-offun yarımfinalına yüksəlib.
Ən məhsuldar basketbolçular “NTD-İndiqo”da Rəşid Abbasov (15 xal, 6 ribaund), “Şəki”də Simeus Vebster (24 xal, 14 ribaund) olub.
Pley-offun 1/4 final oyunları (“Xəzri” – “Sərhədçi”, “Xırdalan” – “Neftçi”) may ayında start götürəcək.