Dünya futbolu
“Bayern” qalib gəldi, “Bayer” və “Borussiya”…
Almaniya Bundesliqasında 31-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün 5 oyun baş tutub.
“Auqsburq” evdə “Verder”ə, “Frayburq” “Volfsburq”a uduzub. “Leypsiq”in qonağı olan Dortmund “Borussiya”sı darmadağına üzülüb.
Lider “Bayer” bu dəfə evdə “Ştutqart”la qarşılaşıb və son dəqiqə qolu ilə məğlubiyyətdən qurtulub. “Bayern” isə “Ayntraxt”ı məğlub yola salıb.
Almaniya Bundesliqası
31-ci tur
26 aprel
Boxum – Hoffenhaym 3:2
Qollar: Stoger, 34; 64. Passlak, 45+2 – Kramariç, 73; 84.
27 aprel
Auqsburq – Verder 0:3
Qollar: Şmid, 52. Dukş, 61. Deman, 90.
Bayern – Ayntraxt 2:1
Qollar: Keyn, 9; 61-pen – Ekitike, 23.
Frayburq – Volfsburq 1:2
Qollar: Bornau, 42-öz qapısına – Arnold, 82. Lakrua, 90.
Leypsiq – Borussiya (Dortmund) 4:1
Qollar: Openda, 23. Şeşko, 45+2. Simakan, 46. Baumqartner, 80 – Sanço, 20.
Bayer – Ştutqart 2:2
Qollar: Adli, 61. Andrix, 90+6 – Fuhrix, 47. Undav, 57.
28 aprel
17:30. Borussiya (Mönhenqladbax) – Union Berlin
19:30. Maynts – Köln
21:30. Darmştadt – Haydenhaym
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”