Dünya futbolu
Yenidən “Qalatasaray” prezidentliyinə namizəd oldu
“Qalatasaray”ın rəhbəri Dursun Özbek klubun prezident seçkilərinə namizədliyini açıqlayıb.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin prezidenti vəzifəsinə seçki mayın 25-də keçiriləcək. Özbek isə sözügedən seçkiyə namizəd olduğunu söyləyib:
“Sizin qarşınızda bu şərəfi vəzifəyə yenidən namizəd olduğumu açıqlayıram. Yenə prezident seçilsəm, bacardıqlarımızın daha çoxunu əldə etmək üçün dayanmadan çalışacağam”.
Dursun Özbek 2022-ci ilin yayından “Qalatasaray”ın prezidentidir. O, 2015-2018-ci illərdə də bu vəzifəni icra edib.
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü