Digər idman növləri
Azərbaycan cüdoçusu AÇ-nin finalında
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın 2 cüdoçusu bürünc, 1 idmançısı isə qızıl medal uğrunda mübarizəni davam etdirir.
Futbolinfo.az xəbər verir ki, yarışın son günündə 90 kq çəki dərəcəsində Elcan Hacıyev turnirin final mərhələsinə vəsiqə qazanıb. Onu qızıl medaldan Kristian Totla (Macarıstan) görüş ayırır.
90 kq çəkidə mübarizə aparan digər təmsilçimiz Murad Fətiyev və Zelim Kotsoyev (100kq) isə yarımfinala qədər irəliləyiblər.
Lakin idmançılarımız həlledici mərhələyə gedən yolda uduzduqları üçün bürünc mükafat uğrunda yarışacaqlar.
Murad Fətiyev Laşa Bekauri, (Gürcüstan) Zelim Kotsoyev isə Maykl Korrell (Niderland) ilə üz-üzə gələcək.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”