Milli komanda
Bosniya və Herseqovina millimizin işini asanlaşdırdı
Bosniya və Herseqovinanın Sarayevo şəhərində 17 yaşadək qızla…
Bosniya və Herseqovinanın Sarayevo şəhərində 17 yaşadək qızlardan ibarət yığma komandalar arasında təşkil olunan beynəlxalq turnir davam edir. Futbolinfo.az xəbər verir ki, UEFA tərəfindən təşkil edilmiş turnirdə ikinci turun oyunları keçirilib.
Yığmamız Makedoniya ilə qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıbsa, günün digər matçında meydan sahibi Bosniya və Herseqovina Monteneqronu 2:0 hesabıyla məğlub edib.
İki turdan sonra Azərbaycan yığması 6 xalla turnir cədvəlinə başçılıq edir. Monteneqro ilə Bosniya və Herseqovinanın hərəyə 3 xalı olduğu halda, Makedoniya xalsızdı.
İyunun 20-də komandamızı Monteneqro ilə görüş gözləyir. Həmin qarşılaşmada hətta heç-heçə də yığmamızı çempion edə bilər.
Xatırladaq ki, millimiz ilk oyununda Bosniya və Herseqovinaya 4:0 hesabıyla qalib gəlmişdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”