Ölkə futbolu
Millimizin üzvü "Ximik"də (ÖZƏL)
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçu…
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu bundan sonra karyerasını Rusiyada davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, söhbət Murad Hüseynovdan gedir.
2011-ci ildə Azərbaycan millisinə dəvət alan Hüseynov Rusiyanın birinci divizionunda mübarizə aparan "Ximik"lə (Dzerjinsk) anlaşıb.
Maraq üçün qeyd edək ki, Murad Hüseynov millimizin heyətində keçirdiyi 5 oyunda yalnız bir dəfə fərqlənməyə imkan tapmışdı. O, Almaniya millisi ilə Bakıda keçirilən oyunda təsəlli qoluna imza atmışdı.
Qeyd edək ki, Hüseynov buna qədər karyerasını Latviyada davam etdirirdi. Son mövsümdə "Dauqava"da çıxış edən hücumçu 2011-12 mövsümündə "Qəbələ"nin şərəfini qorumaqla yanaşı, bir il də "Sumqayıt" üçün çalışıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?