Ölkə futbolu
Azərbaycanlı futbolçu Almaniya millisində oynaya bilər
Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi "İBA Cup" …
Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi "İBA Cup" turniri başa çatdı. Futbolinfo.az xəbər verir ki, 14 yaşlı futbolçuların iştirak etdiyi turnirin qalibi Türkiyənin "Beşiktaş" klubu oldu.
Turnirin ən yaxşı oyunçusu və bombardiri isə azərbaycanlı futbolçu seçildi. Bu, Almaniya "Ayntraxt"ının şərəfini qoruyan Murad Mahmudovdu. O matçdan sonra jurnalistlərin suallarını cavablandıranda Almaniya millisini Azərbaycan yığmasından üstün tutduğunu gizlətməyib:
"Azərbaycanda 4 yaşıma qədər yaşamışam. Daha sonra Almaniyaya, Frankfurt şəhərinə köçdük. Futbola 5 yaşımda başlamışam. Daha sonra "Ayntraxt"a cəlb olundum. İndiyə kimi də burada oynayıram" deyən Muradov, Azərbaycan millisindən gələn təklifi dəyərləndirməkdə tələsmədiyini bildirib. Buna səbəb isə onun Almaniya millisində oynamaq istəməsidi.
Qeyd edək ki, turnirin mükafatlandırma mərasimində Bakı Futbol Federasiyasının vitse-prezidenti Məsahir Süleymanov, "İnter"in maliyyə meneceri Elmar Qafarov, bank nümayəndəsi Anar Nəcəfov, jurnalist Urfan Məmmədli iştirak edib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”