Ölkə futbolu
Oğuz Çətin Mustafanı özünə köməkçi gətirdi
“Xəzər Lənkəran”da işləyəcək məşqçilərd?…
“Xəzər Lənkəran”da işləyəcək məşqçilərdən birinin adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Oğuz Çətin məlumat verib.
Türkiyəli mütəxəssis köməkçilərindən birinin adını açıqlayıb: “Xəzər Lənkəran”da çalışacaq məşqçilərdən biri Mustafa Əskisoy olacaq”.
Futbolçu karyerasına “Sakaryaspor”da başlayan Əskisoy “Kütahyaspor”, “Sokespor”, “Balıkəsirspor”, “Salihlispor”, “Berqama Bələdiyyyəspor”, “Üsküdae Anadolu” və “Alanyaspor”un formasını geyib. 2001-ci ildə sonuncuların heyətində futbolçu karyerasını bitirən türkiyəli məşqçilik fəaliyyətinə başlayıb.
Əskisoy 2001-02-ci illərdə “Adanaspor”, 2003-05 və 2013-14-cü illərdə “Karşıyaka”, 2010-11-ci illərdə “Altay”, 2012-13-cü illərdə “Bucaspor”da məşqçi kimi işləyib. 46 yaşlı çalışdırıcı bu il fevralın 13-də “Karşıyaka”dan ayrılıb.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın əsas komandasında çalışan iki məşqçi – Hafiz Əliyevlə Emin Quliyev bundan sonra U-19 komandasında işləyəcək. (apasport.az)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…