Ölkə futbolu
Yığmamızın üzvü 8 qat İran çempionuna keçir (ÖZƏL)
Futbol üzrə Azərbaycan yığmasının futbolçusu Pərdis…
Futbol üzrə Azərbaycan yığmasının futbolçusu Pərdis Fərcad-Azadın "Sumqayıt"dan ayrıldığını xəbər verimişdik. Futbolinfo.az xəbər verir ki, millimizin üzvü karyerasını İran çempionatında davam etdirə bilər.
Hücumçu ilə 8 dəfə İran çempionu olmuş "İstiqlal" komandası danışıqlar aparır. Əldə etdiyimiz məlumata görə, Pərdis Tehran şəhərinin təmsilçisinə keçəcəyi təqdirdə ilinə 250 min dollar qazanacaq. Futbolçunun ailəsi də Tehranda yaşadığı üçün yığmamızın üzvü "İstiqlal"a keçməkdə çox maraqlıdı. Yaxın günlərdə tərəflər arasında münasibətlərin rəsmiləşməsi gözlənilir.