Ölkə futbolu
"Qəbələ" iki rumıniyalını birdən gətirdi
2014/15 mövsümünün hazırlıqlarını davam etdir?…
2014/15 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini gücləndirmək istiqamətində növbəti addımlarını atıb. Futbolinfo.az xəbər verir ki, Ruslan Əmircanovun ardından daha iki futbolçu “qırmızı-qaralar”la müqavilə imzalayıb.
Rumıniyalı Andrey Kristea və Adrian Ropotan növbəti mövsümdə “Qəbələ”nin formasını geyəcək. Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.
30 yaşlı Kristea hücumçu, bəzən hücumameylli yarımmüdafiəçi kimi çıxış edir. Vaxtilə Rumıniyanın aşağı yaş yığmalarında da oynamış Andrey ölkəsinin əsas komandasında 2006-cı ildə debüt edib. Rumıniyalı əsas millidə 10 matç keçirib. Son mövsümü “Braşov”da keçirən Kristea bunadək “Bakau” (2001-04), “Styaua” (2004-06), “Politexnika” (Timişoara, 2006-08), “Politexnika” (İaşi, 2008 və 2009), “Dinamo” (Buxarest, 2008-10 və 2012-13) çıxış edib. 2011/12 mövsümündə legioner həyatı yaşayan Andrei Almaniyada “Karlsrue”nin formasını geyib. 2009/10 mövsümündə “Dinamo”da 16 qol vuran Kristea Rumıniya çempionatının bombardiri adını qazanıb. Bundan başqa isə onun hesabında 2 ölkə çempionluğu və 1 dəfə Superkubokun qalibi titulu var.
28 yaşlı Ropotan dayaq yarımmüdafiəçisidi. Ölkəsinin əsas yığmasında 2008-ci ildə debüt edən futbolçu bu komandada 5 matça çıxıb. Bunadək isə Rumıniyanın U-21 millisinin şərəfini qoruyub. Buxarest “Dinamo”sunun yetirməsi olan yarımmüdafiəçi 2005-09-cu illərdə bu komandanın formasını geyib. Son 5 ili Rusiyada legioner həyatı yaşayan Ropotan Moskva “Dinamo”su (2009-12) və Nijni Novqorod “Volqa”sı (2013-14), həmçinin icarə əsasında “Tom”un (2011-12) uğurları üçün çalışıb.
Qeyd edək ki, legionerlər bu gün komandanın məşqlərinə qatılacaq. (klub saytı)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”