Bizi izləyin

Müsahibə

Rüstəm Behrudi: “Azərbaycan şairlərinin 99 faizi topdaşıyandı”

“FUTPOLitika” – Azərbaycanda indiki siyasi durum, dü…

blank
“FUTPOLitika” – Azərbaycanda indiki siyasi durum, dünya futbolu və sən futbolçu olsaydın…
 
Futbolçu da şeir yaza bilər. Oyunu alınmayanda, komandası məğlub olanda, bəlkə də gözlənilən qələbəni əldə edəndə o, paltardəyişmə otağında, ya da bir küncə çəkilərək ağ vərəqlərə beynindən keçən misraları köçürər. Yaxud heç bir yerə yazmaz, şifahi xalq ədəbiyyatı kimi dildən-dilə dostlarına ötürər. Deyirlər dünyada elə bir insan yoxdur ki, ömründə bircə dəfə də olsun şeir yazmasın. Bunu inkar etmək bir az çətin məsələdi. Çünki hələ ki, həyatı boyu bir misra belə olsa, şeir yazmayan adama rast gəlməmişik. Hə, o da düzdür ki, hər şeir yazan adam şair deyil. Necə ki, hər topla oynayan, hətta yaşıl meydançalara çıxan futbolçu sayılmır. Bəs, şairlər necə, onlar yaxşı futbolçudu?
“FUTPOLitika”nın bu dəfəki qonağı “Salam dar ağacı” deyən 57 yaşlı şair Rüstəm Behrudidi. Onun necə futbolçu olduğunu siz müəyyənləşdirin…
 
– Oyunu uduzan futbolçular dar ağacına salam verir?
– Təbii ki. İnsanın təbiətində görünməkdən gözəl bir şey yoxdu. İnsan görünməsə, Allah kimi yaşayar. Biz də görünməyi sevən millətik. Əgər kənardan səni seyr edirlərsə, uduzmağı düşünmürsən. Həmişə udmağa can atırsan.
 
– Dar ağacı futbol meydanına sığırmı?
– Dar ağacı böyükdü. Çünki bütün oyunların, mübarizələrin, savaşların son nöqtəsidi. Futbol meydançası nə qədər böyük olsa da, dar ağacının ilgəhindən kiçikdi.
 
– Həmişə eyni mövqedə oynayırsız, yoxsa illər ötdükcə hər şey dəyişir?
– Həmişə hücumçu olmuşam. Ancaq uşaqlıq illərinin futbolu ayrı aləm idi. Kənd futbolu iki daşdan ibarətdi. Bizdə isə daşları dirəklər əvəz edirdi. Meşə yaxın idi deyə ağacların budaqlarını qırıb qapı düzəldərdik. Əski parçalarından düzəltdiyimiz cındır topla futbol oynamışıq. 7-8-ci sinifdə oxuyanda rayonun mərkəzindən top alıb gətirmişdilər. Bu, hər kəsə nəsib olmurdu. O top bizim üçün böyük səadət idi.
 
– Kənardan çox sakit görünürsüz. Ancaq qalmaqallar da sizdən yan keçmir…
– Mənim belə bir şeirim var:
Bu nə cür məmləkətdi,
Nə söz desəm qan çıxır.
İblisin də cibindən
İncilnən Quran çıxır.
Nə danışırsan camaat onu qalmaqala çevirir. Niyə? Düşünürəm ki, məni sevən adam nə qədər çoxdursa, paxıllıq edən də bir o qədərdi. Ona görə bəzən dediklərimi mübahisə obyektinə çevirirlər. Bunu təbii qəbul edirəm.
 
– Salam Sarvanla bir komandada oynamaq necədi?
– Salam Sarvanı öz komandama götürmərəm.
 
– Niyə? Münasibətləriniz yaxşı deyil, yoxsa zəif futbolçudu?
– Salam Sarvan dostumdu. Komandamda onu oynatmaq fikrində olsam, qapıda qoyaram.
 
– Zərbələri dəf etmək ona çətin olmaz?
– Salama qapını ona görə etibar edərəm ki, məsuliyyət hiss etsin. Oyunun taleyi son anda qapıçıdan asılıdı. Daha böyük yeri etibar edirəm.
 
– Bəs, hansı şairlər komandanızda ancaq “topdaşıyan” funksiyasını yerinə yetirə bilər?
– Heç kimin qəlbinə dəymək istəmirəm. Ancaq Azərbaycan şairlərinin 99 faizi topdaşıyan vəzifəsindədir. Mən Azərbaycan Yazıçılar Birliyini zaman-zaman “kolxoz” adlandırmışam. Ordakıların əksəriyyəti topdaşıyandı.
 
– Ramiz Rövşən elə futbolçudur ki, hər an zərbə vura  bilər. Bunun fərqindəsiniz?
– Ramiz Rövşən istedadlı adamdı və istədiyi vaxt qol vura bilər. Onu Azərbaycan ədəbiyyatının Pelesi adlandıra bilərəm. Dostum olduğuna görə demirəm, doğrudan da bu ada layiqdi.
 
– Bəs, ədəbiyyatımızın Maradonası kimdi?
– Rüstəm Behrudi.
 
– Futbolun gözəlliyi qoldu. Pele Maradonadan daha çox qol vurub. Yəqin ki, bunun da fərqindəsiniz…
– Olsun. Ramiz Rövşən məndən 12 yaş böyükdü. Onun yaşına çatanda 2 dəfə artıq qol vuracam.
 
– Messi kimdir?
– Salam Sarvan mənim dostumdu. Qoy Messi də o olsun.
 
– O, qapıçı deyildi?
– Qapı nəticədi. Nəticə isə mənim üçün maraqlı deyil. Əsas prosesdi. Proses maraqlıdırsa, Salam Sarvanın burda yeri var. Əlcəkləri ondan alıb hücumda oynatmaq lazımdı.
 
– Sabir Rüstəmxanlı necə futbolçudur?
– O, Azərbaycanın Kriştianu Ronaldosudur.
 
– Vaqif Bayatlı görünmür. Deyəsən, karyerasını bitirib…
– Braziliya əfsanələrindən Jairzinyo gözəl futbolçu olub. Meydanda oyunu görünmürdü, ancaq komandasında əsas işi yerinə yetirənlərdən idi. Vaqif Bayatlı da Jairzinyo kimdi. İstənilən situasiyada qol vura bilir.
 
– Murad Köhnəqala hansı mövqedə daha yaxşı oynayar?
– Onu müdafiədə oynatmaq olar, ancaq qapıda durmasına imkan vermərəm. Çünki etibarlı adam deyil. İstənilən vaxt topu buraxar. Özünə haqq qazandırmağı da bacarır. Hətta bunun daha yaxşı olduğunu sübut edə bilər.
 
– Allah sizə futbolda da yardım edir?
– Oşonun gözəl bir fikri var: “Biz Allahı həmişə kənarda axtarırıq. O, əslində ətə-qana dolmuş İsadı, Musadı. Allah bizim başımızın üstündədi”. Allah qələm tutanda bizi yönəldə bilir. Oyunda da belədi. Futbolun ilahiliyi şeirə bərabərdi, şeir yazmaq qədərdi. Düzdür, tez unudulur, sabaha deyil, gücə, qabiliyyətə hesablanıb. Ancaq kim nə deyirsə desin, futbolun özündə bir ilahilik var.
 
– Şeirdə qafiyə qırılanda, futbolda isə ötürmələr dəqiq olmayanda, qol vurulmayanda…
– Futboldakı qafiyə şeirdəkindən daha üstün olmalıdı. Oyunda qafiyə qırılsa, baş tutmasa, ötürmələr alınmasa, dəqiqlik çatmasa, nəticə əldə etmək olmaz.
 
– Hücumçu komanda yoldaşlarından top gözləyir, şair də ilham pərisini. İlham pərisi gəlməyəndə oturub onu gözləyirsiz?
– İlham pərisinin nə olduğunu bilmirəm. Ruhumda olan şeylər var, onu yazıram. Zaman-zaman həmişə belə olub. Kənardan deyil, daha çox içimdən keçənləri qələmə alıram. Ancaq ilham pərisiylə şeir yazan şairə bu vəhy gəlmirsə, o, şairlikdən məhrum olmur. Pele, Maradona zamanında vura bilmədikləri qola görə futboldan getməyiblər. Yaxud da “Pele yaxşı futbolçu deyil” demirlər.
 
– Ancaq futbolçunun oyunu alınmayanda da azarkeşlər məyus olur…
– Futbolun gözəlliyi də oyunun gözlənilməz, sensasiyayla bitməsindədi. İstedadlı bir adam heç bir şey eləməsin. Mən bunun tərəfdarıyam.
 
– Bəs, sizdə necə? Gözlənilməz, zəif rəqib kimi xarakterizə etdiyiniz komandaya uduzanda məyus olursuz, yoxsa “həyatdır” deyib üstündən keçirsiz?
– Futbol nə qədər beyinlə idarə olunsa da, gücə, ayağa hesablanıb. Ədəbiyyat ruh işidir, uduzmaq mümkün deyil. Bu, şairdirsə, şairdi, vəssalam!
 
– Birdən ruh getdi və qayıtmadı…
– Elə şey ola bilməz. Allah bir adama bir şeyi ya verir, ya vermir. Ədəbiyyat sevgi kimidir. Ya olur, ya olmur. Yarımçıq hamilə olmaq olar? Yox. Qadın ya hamilədi, ya hamilə deyil. Futbolda isə oyun alına da bilər, alınmaya da.
 
– Onda siz futbolda deyildiyi kimi “Bu, güclü futbolçudur; böyük oyunçudur” etiketlerini ədəbiyyata aid etmirsiz?
– Bəli. Bunun əleyhinəyəm. Bir adam ya şairdi, ya da yox.
 
– Onda belə deyək: yaxşı futbolçu, pis futbolçu, yaxşı şair, pis şair. Bununla razısız?
– Bunu da qəbul etmirəm. Yaxşı şair, pis şair ifadəsi də düz deyil. Şairlər iki cürdü. Bütün yazıları, ruhu, düşüncəsi, canatmaları Allahla bağlı olanlar, bir də yaradıcılığı, bütün qaymağı şeytani başlanğıcdan əmələ gələnlər.
 
– Qapını düzgün nişan ala bilməyən futbolçuyla içindən gələn şeiri yazmağa tərəddüd edən şairi ruh qardaşları saymaq olar?
– Futbolda sonuncu dəqiqədə topu qapıdan keçirə bilməsən, oyun bitər, məğlub olarsan. Ədəbiyyatda isə bu şairin fiziki məhvinə bağlı olan bir şeydi. Ömür bitməsə, şair onu nə zamansa edəcək.
 
– Belə bir fikir var: Azərbaycan xalqı şair xalqdı. Bunu qəbul edirsiz?
– Yox. Bu fikirlə razı deyiləm. Bir xalqın 3-5 şairi olar. Daha 300-500 min yox.
 
– “Qızıl top”unuz varmı?
– Hə. Türk Dünya Uluslararası “Altun” medal mənim “Qızıl top”umdu. Bu mükafatın təqdimetmə mərasimində kənardakıların bəziləri mənə “bozqurdçu gedir”, bəziləri “Salam dar ağacı gedir”, bəziləri isə “Türk dünyasının sonuncu şamanı” deyirdilər. Bu mükafat indi qardaşımdadır.
 
– Qardaşınızda?
– Hə. Bilir ki, nəvaxtsa pulum olmasa, sataram.
 
– Baş məşqçiniz kimdir?
– Allah.
 
– Futbolçuyla şairin fərqli cəhəti nədir?
– Futbolçu nəticə gözləyir, şair isə yox.
 
– Azarkeşlərinizdən razısınız?
– Xoşbəxt adamam. Dünyanın dörd bir yanından məni izləyənlər var.
 
– Dünya rəzmi yığmasına Azərbaycandan kimlər düşə bilər?
– Mən özümü orda görürəm.
 
– Başqa?
– Sabir Rüstəmxanlı, Salam Sarvan, Vaqif Bayatlı…
 
– Rəmzi yığmanın yarısı biz olduq ki?
– Azərbaycan xalqı istedadlı xalqdı.
 
– Ancaq şair xalq deyil…
– Hə. Biz komanda oyunu oynamağı bacarmarıq.
 
– Niyə? Bir-birinizin ayağını çəkirsiz?
– Təkcə bu deyil. Bizdə mənəm-mənəmlik var. Hər kəs topu qapıdan özünün keçirməsini istəyir. Mümkün deyil, bizi öldürsələr də, oynaya bilmərik.
 
– Bir məmləkət yaxşı şairlər yetişdirir, ancaq futbolçular yox. İlahi ədalət burda pozulmur?
– Bir xalqın mümkün deyil ki, yaxşı futbolu olsun, ancaq yaxşı şairləri olmasın. Bizim ədəbiyyatın mənzərəsi Azərbaycan futbolunun mənzərəsidi.
 
– Demək istəyirsiz ki, Azərbaycan yığması, klubları Avropda, dünyada hansı yerdədirsə, ədəbiyyatı da o yerdədi?
– Söhbət komanda halından gedir. Tək halda biz daha böyük adamlarıq. Komanda şəklində isə yox. Azərbaycan ədəbiyyatı deyilən ümumi məhfum var, o bizim futbola oxşayır.
 
Ramin DEKO
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm