Ölkə futbolu
Tahir Süleymanov PFL-in qərarını alqışladı
Son mövsümün çempionu "Qarabağ" və &…
Son mövsümün çempionu "Qarabağ" və ölkə kubokunun qalibi "Neftçi" arasında baş tutacaq Superkubok Qəbələdə keçiriləcək. Futbolinfo.az xəbər verir ki, əzəli rəqiblərin bu qarşılaşması avqustun 13-nə təsadüf edəcək.
Saytımıza açıqlama verən "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Superkubok matçının Qəbələdə keçirilməsinə münasibət bildirib:
"Superkubok oyununun Qəbələdə keçirilməsi çox müsbət haldı. Bu qərarı alqışlayırıq. Qəbələ artıq bir futbol bölgəsi olaraq çox inkişaf edib. Təşkilatçıllıq baxımından Superkubok oyununu yüksək səviyyədə keçirməyə hazırdırlar. İnanıram ki, belə də olacaq. Mənə elə gəlir ki, bu görüş azarkeşlərin yaddaşında qalacaq. İstər "Qarabağ", istərsə də "Neftçi" ölkənin ən baxımlı futbol sərgiləyən klublarıdı. Ona görə də qərarı alqışla qarşıladıq, bu matçı səbrsizliklə gözləyirik. Çempionat və avrokubok matçlarına bu oyun yardımçı olsun. Ümumiyyətlə, Azərbaycan klubları sıx qrafiklə oynamağa öyrəşməlidi. Bu oyun da inkişafa təkan verməlidi".
Qeyd edək ki, 2012/2013 mövsümündə Naxçıvanda baş tutan Superkubok matçında "Neftçi" "Xəzər Lənkəran"a 1:2 hesabı ilə məğlub olmuşdu.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub