Əvəzedicilər
Rəqibini təhqir etmiş 3 futbolçuya 3 oyunluq cəza
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 31-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qarabağ-2” – “Qəbələ-2” oyununun 8-ci dəqiqəsində “Qarabağ-2” komandasının 76 nömrəli futbolçusu Nihad Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qarabağ-2” komandası 80 manat cərimə edilib.
“Zirə-2” – “Neftçi-2” oyununun 52-ci dəqiqəsində “Zirə-2” komandasının 55 nömrəli futbolçusu Ramin Abdullayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Zirə-2” komandası 200 manat cərimə edilib.
“Zirə-2” – “Neftçi-2” oyununun 90+8-ci dəqiqəsində “Zirə-2” komandasının 25 nömrəli futbolçusu Vüsal Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zirə-2” komandası 50 manat cərimə edilib.
“Zirə-2” – “Neftçi-2” oyununun 30-cu dəqiqəsində “Neftçi-2” komandasının 51 nömrəli futbolçusu David Orucov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Neftçi-2” komandası 50 manat cərimə edilib.
“Zirə-2” – “Neftçi-2” oyununun 75-ci dəqiqəsində “Neftçi-2” komandasının 35 nömrəli futbolçusu Fərid Səfərli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Neftçi-2” komandası 200 manat cərimə edilib.
“Zirə-2” – “Neftçi-2” oyununun 78-ci dəqiqəsində “Neftçi-2” komandasının 70 nömrəli futbolçusu İbrahim Novruzov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Neftçi-2” komandası 200 manat cərimə edilib.
“Kəpəz-2” – “Sabah-2” oyununun ilk hissəsinin “Sabah-2” komandasının meydançaya gec çıxması səbəbindən 4 dəqiqə gec başladığı üçün “Sabah-2” komandası 150 manat cərimə edilib.
“Kəpəz-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub