Ölkə futbolu
FİFA Suaresə tarixin ən böyük cəzasını verdi
DÇ-2014-də D qrupunun son matçında (Uruqvay – İ…
DÇ-2014-də D qrupunun son matçında (Uruqvay – İtaliya) rəqibi Corcio Kyellininin çiyinini dişləyən Luis Suaresin cəzası açıqlanıb. Futbolinfo.az xəbər verir ki, FIFA ulduz futbolçuya tarixinin ən ağır cəzalarından birini verib.
Forvard 9 milli komanda matçından məhrum edilib. Bununla yanaşı, o 4 ay futboldan diskvilifikasiya olunub. Suares əlavə olaraq, 82 min avro da cərimələnib. Suaresə cəzası bitənə qədər stadionlara giriş qadağası qoyulub.
FIFA İntizam Komitəsi qərarını belə açıqlayıb: “Bütün amillər nəzərə alındı. Milyonlarla insanın gözü önündə olduğu DÇ kimi bir turnirdə bu tərz bir davranışa güzəştə gedə bilmərik".
Bununla da, Suares DÇ-nin qalan matçlarında foram geyə bilməyəcək.
Buna qədər milli komandalar səviyyəsində ən böyük cəza 8 matçla Mauro Tossottiyə məxsus idi. O, DÇ-1994-də İtaliya – İspaniya matçında Luis Enrikeyə dirsək ataraq burnunu qırmışdı.
Bununla həm də, Suaresin son 3 mövsümdə qırmızı vərəqə görmədən aldığı matç cəzası sayı 34-ə çatıb.
27 yaşlı futbolçu klubu “Liverpul”un formasını isə noyabrın 1-dən etibarən geyə biləcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”