Ölkə futbolu
Millimizin daha bir üzvü Türkiyəyə getdi (ÖZƏL)
Son mövsümü "İnter"də keçirən Elhad…
Son mövsümü "İnter"də keçirən Elhad Nəziri karyerasını Türkiyədə davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, millimizin də formasını geyinmiş futbolçu hazırda qardaş ölkədədi.
Vaxtilə Moldovanın "Milsami", Rumıniyanın "Petrolul" kimi komandalarında legioner həyatı yaşamış 22 yaşlı Nəziri yenə ölkə xaricində oynamaq niyyətindədi. Əldə etdiyimiz məlumata görə o, Türkiyə PTT 1-ci Liqasında çıxış edən klubların biri ilə danışıqlar aparmaq üçün yollanıb.
Qeyd edək ki, Nəziri vaxtilə "Rəvan"la da müqavilə imzlamışdı. Ancaq "sarı-qırmızılar"ın məşqçi korpusu onun məşqlərə məsuliyyətsiz yanaşdığını iddia edərək futbolçu ilə yollarını ayırmışdı. Son mövsümdə isə o, "İnter"in əsas heyətinə düşməkdə çətinlik çəkirdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”