Ölkə futbolu
Kurtua Messidən ehtiyat edir
Belçika millisinin qapıçısı Tibo Kurtua DÇ-201…
Belçika millisinin qapıçısı Tibo Kurtua DÇ-2014-də 1/4 finalda qarşılaşacaqları Argentina millisi haqda danışıb. Futbolinfo.az xəbər verir ki, o, rəqibin hücumçusu Lionel Messini yaxşı tanıdığını və onun videoyazılarına baxmağa ehtiyacı olmadığını bildirib:
"Messini İspaniya La Liqasından yaxşı tanıyıram. Onun videoyazılarını izləməyimə ehtiyac yoxdu. Ancaq unutmayın ki, Messi gözlənilməz anlarda zərbə mövqeyinə çıxa bilən futbolçudu. Ona qarşı oynadıqda bu futbolçunu daim nəzarətdə saxlamalısan. Əks təqdirdə o, səni cəzalandıracaq".
Qeyd edək ki, Belçika dünya çempionatının 1/4 finalında Argentina yığması ilə qarşılaşacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”